Yeni Jurnalist

Məlumatları vizuallaşdırmaq üçün 10 sınanmış proqram

Sosial texonologiyalar istixanası məlumatları vizuallaşdırmaq və multimedia layihələri hazırlamaq üçün 10 sınanmış və istifadəsi rahat proqramın siyahısını tərtib edib. Yeni Jurnalist saytı həmin materialın tərcüməsini təqdim edir.

1) ChartBlocks

Bu onlayn xidmət proqramlaşdırma ilə tanış olmayan istifadəçilərə elektron cədvəllər və məlumat bazaları ilə işləmək imkanı yaradır. ChartBlocks bir neçə mənbənin məlumatlarından çıxış edərək bir neçə dəqiqə ərzində qrafiklər və diaqramlar hazırlamaq üçün səmərəli alətdir.

2) Datawrapper

Məlumatları vizuallaşdırmağa imkan yaradan bu xidmət jurnalistlər və redaktorlar üçün nəzərdə tutulub. Müxtəlif formatlarda (Excel, CSV, PDF) məlumat bazası ilə işləmək imkanına sahib olan  Datawrapper proqramında hazırladığınız qrafikləri istənilən sayta yerləşdirmək mümkündür.

Proqramda interaktiv qrafiklər hazırlamaq mümkündür. Kursoru hazır qrafikdəki obyektin üstünə gətirərək daha detallı məlumatları göstərmək, zaman şkalası vasitəsilə müxtəlif məlumatları müqayisə etmək olar. Proqram vasitəsilə şriftləri, rəng və ölçüləri öz saytınızın üslubuna uyğun olaraq dəyişdirə bilərsiniz.

3) Plotly

Bu proqram elektron cədvəlin məlumatlarından çıxış edərək bir neçə dəqiqə ərzində qrafiklər yaratmağa imkan verir.

4) RAW

Cədvəllərin verilənləri ilə (Microsoft Excel, Google Docs, Apple Numbers) işləyən bu onlayn xidmət elektron cədvəllərlə vektor qrafikasını birləşdirməyə imkan yaradır. Xüsusən də cədvəldəki ancaq bir məlumat növünü vizuallaşdırmaq lazım olan hallarda bu proqram işə yarayır. Hələ ki JSON və XML formatlarını dəstəkləmir.

5) Visual.ly

Visual.ly proqramı vasitəsilə siz infoqrafikalar, videolar, təqdimatlar, hesabatlar, elektron kitablar və interaktiv mikrosaytlar hazırlaya bilərsiniz

6) Google Charts

İnteraktiv qrafiklər hazırlamaq üçün olduqca faydalı onlayn alət olan Google Charts həm sadə diaqramlar, həm də mürəkkəb iyerarxik xəritələr yaratmağa imkan verir. Şablonlar qalereyasında çoxsaylı hazır şablonlar tapmaq mümkündür. Google Charts həm də Andoid əməliyyat sistemli ağıllı telefonlarda (smartfonlarda) da çalışır. HTML5 və SVG formatını dəstəkləyir.

7) FusionCharts

FusionCharts – istəyinizə uyğun olaraq qrafikləri redaktə etmək, onların xarici görünüşünü, fon rəngini və şriftlərini dəyişmək imkanı verən olduqca çevik onlayn alətdir. Proqramdan istifadə edənlər JSFiddle xidmətinin inventarında yerləşdirilmiş 900-dən çox xəritə və nümunələrlə işləmək imkanına sahibdirlər.

8) Polymaps

Bu xidmət bir neçə verilənlər çoxluğunu sürətli şəkildə vizuallaşdırmaq, eləcə də OpenStreetMap, CloudMade, Bing və digər kartoqrafik xidmətlərin üzərində vizual təsvirlər hazırlamaq imkanı verir. Polymaps küçələr səviyyəsindən ölkə səviyyəsinə qədər geniş miqyasda verilənlər bazası ilə işləyə bilir. Xidmət SVG formatını dəstəkləyir və istifadəçi CSS imkanlarından yararlanaraq öz məhsuluna istədiyi dizaynı verə bilər.

9) Chartist.js

Bu xidmət çevik və idarə edilməsi asan bir xidmət olub JavaScript və CSS istifadə edənlər üçün münasib qrafiklər inventarıdır.

10) Leaflet

Bu onlayn xidmət əslində mobil interaktiv xəritələr üçün açıq mənbəli və JavaScript əsaslı inventardır.  Həcmi çox kiçikdir (33 kb) və developerlər üçün yararlı olacaq bütün funksiyalara sahibdir. Bütün kompyuter və mobil əməliyyat sistemlərində işləyir. Asan oxunan açıq mənbə, yüngül və yaxşı izah edilmiş API, eləcə də çoxsaylı əlavələri (plugins) bu proqramın əsas üstünlükləridir.

Paylaş