Yeni Jurnalist

Smartfonlar media sahəsində aparıcı rolda

Orxan Cəfərli

Texnologiyanın inkişafı jurnalistin iş tərzini və auditoriyanın məlumata olan tələbini radikal dəyişir.

RTE Tech innovasiya mərkəzinin rəhbəri Qlen Malkahi ən son Mobil Jurnalistika (MoJo) yığıncağında yaxın üç-dörd il ərzində bir neçə müxtəlif istiqamətdə güclü “partlayış” olacağını və bunun da ağıllı telefonlar və gündəlik həyata təsirsiz ötüşməyəcəyini söyləyib.

Malkahi ağıllı telefonların cəmi üç il içində mətbuata hakim olacağını düşündüyünü bildirib. O, media qurumlarını texnologiyaya adi gözlə deyil, iş axını və istehsalın artımında vasitəçi kimi baxmağa səsləyib.

Məlumatla manipulyasiya güclənir

“Məlumatın manipulyasıya sürəti artır, asanlaşır və daha da güclənir,” deyən Malkahi iştirakçılara ciblərində gəzdirdikləri ağıllı telefonların NASA-nın kosmik cihazlarından daha sürətli olduğunu bildirib.

Hal-hazırda hər hansı birinizin göndərəcəyi e-mail, çəkəcəyi şəkil və ya atacağı tweet son sürətdə hərəkət edən Ferrari-dən sürətli olacaq.

Qlen Malkahi

Məlumat tutumunun həcmi artır

“Mobil jurnalistika sahəsində mövcud olan ən böyük problemlərdən biri cihazın məlumat tutumu ilə bağlıdır” deyən Malkahi artıq reportyorların mobil cihaz vasitəsilə HD və 4K videolar çəkdiyini və cihazların məlumat tutumu ilə bağlı çətinliklər olduğunu və məlumatların tez-tez transfer edilməsi zərurəti ilə üz-üzə qaldıqlarını vurğulayıb. Lakin bu məsələ də hazırda müzakirə mövzusu deyil.

SanDisk artıq 200 giqabayt həcmində məlumat tutumu olan yaddaş kartları istehsal edir.

Bizim yaddaş kartını cihaza quraşdıraraq və onun tutumundan istifadə edərək çətinliklərdən qurtulmaq imkanımız yaranıb.

Qlen Malkahi

Kamera texnologiyasının üstünlüyü

Ağıllı telefonlar kamera çözümlülüyü HD-dən 4 dəfə çox 4K çəkilişinə malikdir və istehlakçılar da 4K ötürücülü TV qurğuları alırlar.

Lakin bir çox yayımçılar hələ də standart həllərdən istifadə edir, halbuki, ağıllı telefonlar vasitəsilə 4K videolar çəkə, redaktə edə və paylaşmaq olar.

Televiziya yayımçıları hələ buna hazır deyil. Əgər onlar bu gün 4K yayıma keçmək istəsələr, qiyməti çox yüksək olan infrastruktura ehtiyac duyacaqlar.

Onun sözlərinə görə, son bir neçə il ərzində 360 dərəcə çəkiliş həyata keçirə bilən kameralarla təchiz olunmuş mobil cihazlar istifadəyə verildiyi üçün reportyorlar daha çox bu kimi mobil cihazlara üstünlük verirlər.

Bir də gördünüz ki, Apple şirkəti 4K Apple TV buraxdı. Belə olan halda heç bir əlavə yayımçıya ehtiyac duymadan super yüksək çözümlülüyü olan görüntü izləmək imkanı qazanacaqsız.

Qlen Malkahi

Daha uzunömürlü batareya

Əgər siz, mobil jurnalistika sahəsində çalışırsınızsa, o zaman HD keyfiyyətdə videoçəkiliş etsəniz bir saat və ya bir az artıq müddətdən sonra mobil cihazınızın batareyasının tükəndiyini görəcəksiniz.

Lakin bu problemin də aradan qaldırılması üçün bir çox aksesuarlar mövcuddur. Ehtiyyat enerji doldurulması üçün istehsal olunmuş enerji saxlanc qurğuları repartyorların işini asanlaşdırır.

5G İnternet

2020-ci ildən etibarən Avropanın əskər ölkələri 5G texnologiyalarını dəstəkləyən mobil cihazlardan istifadə edəcək.

Foto: Tinh Khuong / Unsplash