Yeni Jurnalist

Instagram üçün faydalı tövsiyələr

Orxan Cəfərli

Siz sosial media platformalarına tam hakim olduğunuzunu düşünürsüz?

İstifadəçilərinin sayı bu ilin iyun ayında bir milyarda çatan Instagram artıq sosial medianın aparıcı qolu olduğunu sübut edir. Sizin xəbər agentliyiniz və ya saytınız 18-34 arası yaş arası insanların üstünlük təşkil etdiyi daha gənc auditoriyaya xitab etmək istəyirsə, bu fotoşəkil paylaşım platformasına hakim olmaqda fayda var.

Bəs siz Instagram platformasından tam şəkildə faydalana bilirsiz?

Əgər siz sadəcə internet saytınızdan adi bir şəkli tək bir link ilə paylaşmaq üçün Instagram istifadə edirsizsə, çox böyük vaxt itkisinə məruz qalırsız.

Xəbər buraxılışları yeni xəbərləri əhatə etmək, internet saytlarına daha geniş auditoriyanı cəlb etmək və onlara xəbər agentliklərinin pərdə arxasını göstərmək üçün bu platformadan mütəmadi istifadə edir.

Sizin xəbər agentliyiniz nəyi fərqli edə bilərdi?

Öz profilinizdən paylaşmaq

Bir xəbər agentliyi və ya saytı kimi ilk növbədə Instagram biznes profilinə sahib olmalısız. Nəticədə sizin hesabınız avtomatik şəkildə ictimailəşəcək və şəxsi hesablarda olmayan statistika və digər alətlərə girişinizi təmin edəcək.

Materialın mümkün qədər çox insan tərəfindən görünməsi

Öz hesabınızda nəyisə dərc etmək fiziki olaraq daha asan ola bilməzdi – sadəcə olaraq ekranınızın aşağı hissəsindəki üstəgəl işarəsinə tuşlayın, smartfonun kamera qovluğundan şəkli və ya videonu tapın, filtrləyin, rəyinizi bildirin və paylaşın.

Sadəcə vizual baxımdan diqqət cəlb edən materialı dərc etmək

Öz brendi üçün faydalı olmayan saysız-hesabsız pis profillər var. Hər bir şəkil məlumatverici və ya diqqət çəkici, və yaxud hər iki xüsusiyyətə malik olmalıdır, xüsusilə balaca, kvadrat formada şəkil kimi görünürsə. Video yükləyərkən isə bunu xatırlamaq vacibdir: kvadrat formada yaxşı görünə biləcək balaca video seçməlisiz. Hətta 9×16 ölçüsündə video dərc edərkən belə çərçivənin içində necə görünməsi çox vacibdir.

Filtrlərdən istifadə

Proqramdakı filtrlərdən daha çox faydalanaraq foto paylaşım prosesini sürətləndirin. Bəzi insanlar öz profillərinə sabit bir görüntü vermək üçün sadəcə bir səciyyəvi filtrdən istifadə edir, digərləri şəkildən asılı olaraq fərqli filtrlər seçir. Sizə uyğun olan yanaşmanı seçin.

Paylaşımların vaxtını öncədən planlama

Bütün paylaşımları dərhal dərc etmək məcburiyyətində deyilsiz. Stolüstü kompyuterinizdən və Zoho Social, Hootsuite, Buffer kimi proqramlardan istifadə edərək qarşıdan gələn hansısa vaxtda və yaxud gündə materialın dərc olunması üçün zaman proqramlaması edə bilərsiz.

Bioqrafiyanıza xüsusi çalar qatmaq

Instagram bioqrafiyanıza smayliklər əlavə edə, digər instaqram hesablarınızı qeyd edə və ya öz saytınızın linkini paylaşa bilərsiz. Amma indi həm də LingoJam kimi başqa internet proqramlarından istifadə edərək şriftlərin görünüşünü dəyişdirə və profil bioqrafiyanıza daxil edə bilərsiz.

Foto: Luke van Zyl / Unsplash

Paylaş