Məhkəmələr müasir cəmiyyət üçün müstəsna əhəmiyyət daşıyır, orada cəmiyyəti maraqlandıran əhəmiyyətli məsələlərə baxılır, amma bir qayda olaraq, məhkəmələrdən video və audio reportajların hazırlanmasına, bəzən fotoların çəkilməsinə də icazə verilmir. Jurnalistlərin işinin əhəmiyyətli bir hissəsi də məhkəmələrdən tərəfsiz və peşəkar reportaj hazırlamaq, orada baş verənlərdən cəmiyyətə daha adekvat informasiya ötürməkdir. Jurnalistlər bu işin öhdəsindən necə gələ bilər?
Sizə təqdim etdiyimiz bu yeni videoda jurnalistlər Aytən Məmmədova və Seymur Kazımov öz peşə sirləri ilə bölüşür.