Yeni Jurnalist

Ənənəvi nəşrlər xəbər aqreqatorları kimi

Orxan Cəfərli

Xəbərlər bizim gündəlik həyatımızda əvəzsiz olmağa davam edir. Onlara qarşı münasibətimiz və onları istehlakımız da zamanla təkamülə uğrayır. Şəkərli və duzlu yeməklər kimi gündəlik xəbər dozamızı müəyyən edirik.

Röyters İnstitutu və Oksford universiteti tərəfindən verilmiş son məlumatlara əsasən (Röyters İnstitutu Rəqəmsəl Xəbər Məlumatları 2017), sosial media xəbər mənbəyi kimi əhəmiyyətli olaraq qalmaqdadır. Buna baxmayaraq, bu kanal bizim yerli, ölkə və dünya xəbərlərini izləməyimiz üçün yeganə vasitə də deyil.

ABŞ-da sosial media istifadəçilərinin üçdə ikisi həmçinin televiziya xəbərlərini də izləyir (67%) və üçdə ikisi həmçinin xəbər saytlarını və yaxud mobil tətbiqləri izləyir (66%).

Röyters İnstitutu

Onlayn mənbələrə xəbər saytları (bir-başa və axtarışla), xəbər aqqreqatorları (Apple xəbərləri), xəbər mesajlaşma tətbiqi (WhatsApp) və sosial media (Facebook) daxildir.

Xəbər Aqqreqatorlarının əhəmiyyəti

Xəbər aqqreqatorları vasitəsilə xəbərlərlə tanış olmaq son illərin pik nöqtəsinə çatıb. Google News bütün coğrafi bazarlarda on dəfələrlə çox nailiyyətlər qazanıb. Apple News təkcə bu son ildə xəbər aqqreqatorların ən böyük artımını yaşayıb.

Fərdiləşdirilmiş məlumatlar və nəşr edilmiş xəbərlərin birləşdirilməsi ilə bir çox nəşriyyatçılar bildirirlər ki, onların mobil trafikin üçdə birinə qədəri Apple News-dan gəlir. Üçüncü bir xəbər aqqreqatoru olan Snapchat’s Discover portalında internet nəsli (1990-cı illərin əvvəllərindən 2000-ci illərin əvvəllərinədək dünyaya gəlmiş insanlar) ilə əhəmiyyətli dərəcədə artım müşahidə olundu (ABŞ-da 23% və BB-də 10% qədər istifadəçiyə çatmışdır). Auditoriyanın genişləndirilməsi üçün xəbər aqqreqatorlarından istifadə edilərkən müşahidə edilmişdir ki, xəbər brendləri getdikcə unudulur. Ətraflı araşdırmaların bir qisminə Böyük Britaniyadakı istifadəçilərin xəbərləri hansı yolla əldə etdiklərini müəyyən etmək və respondentlərin oxuduqları hansısa məqalənin mənbəyini xatırlayıb xatırlamadıqlarını müəyyən etmək daxil idi. Hər yerdə müşahidə edilmişdir ki, insanların təxminən üçdə ikisi xəbər məlumatlarını hansı yolla (Facebook, Google və s.) əldə etdiklərini xatırladılar, amma yarıdan azı xəbər brendinin adını xatırlaya bilmişdir. 37%-i axtarış nəticəsində xəbəri əldə edib, 47%-i isə sosial mediyada görüb. Brendlə daha əvvəl əlaqəsi olan və yaxud onu əsas xəbər mənbəyi kimi istifadə edən respondentlər brendin adını daha çox xatırladılar.

Nəşriyyatçılar xəbər aqqreqatorları kimi

Bəs əgər xəbər agentlikləri unikal xəbərlərdən əlavə olaraq xəbər aqqreqatorları vasitəsilə də xəbərlər yayımlasa? Məsələn, bu gün New York Times 7 iyul, cümə günü G20 sammitinin keçiriləcəyi ilə əlaqədar məqalə dərc edir. Məqalənin adı “G20 toplanır. Sammitlə əlaqədar siz nələr bilirsiniz?”. 10 əlavə seçim sualına əlavə olaraq New York Times sammitin gözlənilməsi ilə əlaqədar şərh başlığı ilə sosial mediyada da xəbər paylaşa bilər. Sosial mediyada dərc edilən xəbər haştaq #G20, “ağ siyahıdan olan dünya liderləri sammitdə bir araya gələcək” kimi üsullardan biri ilə və/və yaxud New York Times-ın xəbərlərinin əlaqəli məqalələrə aparan linklər vasitəsilə oxunması ilə (resirkulyasiya strategiyası). Sosial mediya vasitələrindən istifadə xəbər agentliklərinin nəşr etdiyi xəbərlərin orijinal mətn və oxuyucular arasında daha etibarlı, əhatəli və dəyərli əlaqələr yaradaraq tam potensiala çatmasına kömək edir. Xəbər agentlikləri xəbər mətnini foto, video ilə, canlı şahidlərin verdikləri məlumatlarla, sosial mediyada paylaşılan rəylərlə zənginləşdirərək, tanıdaraq və konversiyanı təkmilləşdirərək (ödənişli abunəlik) “hadisə barəsində dolğun məlumat vermək” üçün sosial mediyadan istifadə edə bilirlər.