Yeni jurnalistlər üçün «stolüstü» təlim paketi
I təqdimat
Yeni medianın nə olduğunu, hansı alətlərdən istifadə etdiyini, ənənəvi mediadan nə ilə fərqləndiyini bilmək üçün elə ənənəvi medianın nə olduğunu bilmək lazımdır. Başqa sözlə, yeni media nə deyil, onu…
Ənənəvi media
- çap mediası
- ədəbi-publisistik dilə,
- sütunlu və sütunsuz irihəcmli mətnlərə əsaslanır
- radio
- şifahi nitqə,
- fərdi qavrayışa əsaslanır
- televiziya…
- düzgün tələffüzə,
- zahiri görünüşə əsaslanır
Yeni media
2000-ci illərin başlanğıcından internet texnologiyalarının sürətli inkişafı yeni media anlayışını ortaya çıxardı. Bu proses ənənəvi medianı yeni mediadan asılı vəziyyətə saldı.
Belə ki, bir zamanlar böyük əksəriyyət gün ərzində baş verənlərlə bağlı televiziyada, radioda yayımlanan proqramları, qəzetlərdə dərc olunan uzun-uzadı yazıları gözləyirdisə, indi sosial medianın imkanları sayəsində anındaca hər şeydən xəbərdar ola bilir, bəzən özü kontent yaradır.
Bu gün ən iri televiziya, radio kanalları, qəzet və jurnallar belə tamaşaçı, dinləyici və oxucu sayını artırmaq üçün sosial mediadan istifadə edir; sosial şəbəkələrdə hesab açır, efirdə yayımlanan materialları həm də orada yayımlayırlar. Bu da onu deməyə əsas verir ki, yeni media günümüzün əvəzedilməz, vazkeçilməz trendidir.
Yeni medianın xarakterik xüsusiyyətləri
Yeni media anlayışı müxtəlif cür izah edilir. Texnikanın inkişafı və ümumilikdə insanların yaradıcılıq bacarıqları ilə əlaqələndirilir. Bunları bilmək yeni media anlayışını qavramağa kömək edir:
- Texnologiyadan yaxşı baş çıxarır;
- İnformasiyanı rəqəmsallaşdırır;
- İnteraktiv dialoqa imkan yaradır;
- Zaman və məkan anlayışı yoxdur
Saladalananları bu cür də anlamaq olar ki, televiziya və radio kanallarında reqlament tətbiq olunur, yer məhdud olduğundan çap mediasında hərf, hətta söz sayı belə xüsusi önəm daşıyırdısa, yeni media kontenti hansı ölçüdə, hansı saatda dərc edəcəyinizə özünüzün qərar verməyinizə imkan yaradır.
İndi isə «3 K»-nın Birləşməsi haqqında…
Terri Fluya görə qrafikdə gördüyünüz «3 K» Yeni media anlayışını ortaya çıxarır. Yəni Kompüter/İT + Kommunikasiya şəbəkələri + Kontent = Yeni media
Yeni medianı yanlız internet üzərində təsəvvür edirlər. Lakin bu heç də belə deyil. Yeni media offline şəkildə də gerçəkləşə bilər. Yeni media jurnalistikası da sadəcə internet, onlayn jurnalistikası deyil.
İnternet üzərindən yayımlanan yeni media formatları bunlardır:
Veb-saytlar
- HTTP/HTTPS protokolları vasitəsilə internetdə müraciət etmək mümkün olan vahid mövzulu veb-səhifələrin sistemidir. Veb-saytların ümumi yığımı ümumdünya hörümçək torunu yaradır;
- dövlət qurumları, müxtəlif idarə və təşkilatlar, müəssisə və şirkətlər öz xidmətləri və imkanları haqqında məlumatları yaymaq üçün veb-saytlardan istifadə edirlər
Bloqlar
- fərdi jurnal, eyni zamanda gündəlik funksiyası daşıyan veb-saytlardır;
- informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayır;
- ingilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən törəyən “weblog” sözünün zamanla təhrif olunmuş formasıdır
E-poçt
- kağız məktubdan fərqli olaraq e-poçtlara şəkil, musiqi, video kimi hər cür fayl növü əlavə edilə, alan tərəfin kompüterinə transfer edilə bilər;
- elekton poçt anlayışının qısaltmasıdır, internet üzərindən göndərilə bilən məktubdur;
- dünyada gün ərzində milyardlarla e-poçt göndərilir
Sosial media
- sosial ünsiyyət və paylaşma üçün daha əlçatan və miqyaslı texnikalardan istifadə edir;
- sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir
Sosial media nümunələri
- xəbər saytları – onları istifadəçilər həm oxuya, həm də münasibət bildirə bilirlər;
- sosial şəbəkələr (Facebook, Twitter, Google+ və s.) – onları «çayxana» da adlandırmaq olar;
- ünsiyyət vasitələri – (MSN, Skype, Google Talk və s.) – canlı telefon bağlantısı, internet üzərindən görüntülü video konfranslar keçirməyə yarayır;
- forum – insanların bir-birilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlardır;
- bloqlar – fərdi jurnal, elektron gündəlik rolu oynayır vebsaytlardır
Gördüyünüz kimi, xəbər saytları da sosial media adlanır. Yəni sosial şəbəkə və sosial media anlayışlarını qarışdırmaq olmaz. Sosial şəbəkə ən başda sosiallaşmağa yarayan, daha sonra informasiya almağa, yayımlamağa və digər başqa məqsədlərə görə istifadə olunan tətbiq və saytların ümumiləşdirilmiş adıdırsa, sosial media sosiallaşmaq, informasiya almaq, görüntülü konfranslar keçirmək, canlı bağlantı qurmaq üçün istifadə olunan tətbiq və saytların ümumi adıdır. Belə demək doğrudursa, bunları cəm şəkildə sosial media adlandırırıq.
Podcastlar
- istifadəçilər tərəfindən digital audio faylların dinlənilməsinə və endirilməsinə imkan yaradır;
- «podkast» iPod və vebkast sözlərinin birləşməsindən törəyib;
- iPodların, veb-fidlərin populyarlaşması podkastların məşhurlaşmasına səbəb olub
Azərbaycan dilində podcastlar
- AZ-YA+: müxtəlif mövzularda maraqlı söhbətlər aparılır;
- FilmAç: Azərbaycan və dünya filmi müzakirə edilir;
- Kritikaparat: Azərbaycanın ədəbi-mədəni gündəliyi müzakirə edilir
Podcast tətbiqləri
- iTunes
- Apple Podcasts
- Google Podcasts
- Yandex Music
- Spotify
- Anchor
- Deezer
- Pocket Casts
Vloqlar
«vloq» sözü «video bloq” kəlmələrinin qısaltmasıdır. Məlumatlandırıcı videoların çəkilib bloqda yayımlanması belə adlandırılır.
- artıq ehtiyacımız olan məlumatı axtarış saytlarında axtarmağa belə ərinirik. Vloqlar bizim yerimizə bunu edir, qısa videolar şəklində bizə çatdırır;
- Azərbaycanda ən məşhur vlog ideyalarından biri olan avtomobili misal göstərə bilərik;
- vloggerlər almaq istədiyimiz məhsulu ən incə detalına qədər incələyib bizə məlumat verir. Qalır qərar verməyimiz
Azərbaycan dilində vloqlar
- Kənd həyatı:
Kənd Həyatı kənddə gördüklərini paylaşmağı, təsərrüfat işləri ilə məşğul olmağı və kənd həyatından maksimum yararlanmağı sevən insanlara xitab edir.
- Avtomobil TV
Azərbaycanın ən çox izlənən avtomobil internet kanalıdır. Youtube platforması tərəfindən ilk 100.000-lik mükafat alan və təsdiqlənən avtomobil kanalıdır.
- CVN TV
Film, idman, gündəm kimi müxtəlif mövzuları əhatə edir.
- Film Aç
Eynidlı podkast kanalı da olan Film Aç-da, dediyimiz kimi, Azərbaycan və dünya filmi müzakirə edilir
Məşhur vloq platformaları
- Youtube
- Twitch
Yeni formatlar
İndi isə sadalananlara trafik çəkmək üçün istifadə olunan yeni formatlar haqqında…
Kartlar
- kiçik bir mövzuda qısa və konkret cavablar verir;
- üzərinə qayıdıla biləndir
Bu kartları dizaynerinizlə məsləhətləşərək xüsusi pluginlər quraşdırıb vebsaytınızın, bloqunuzun admin panelində yarada bilərsiniz.
Nümunə olaraq rus və ingilis dillərində yayımlanan “Meduza”nın (https://meduza.io/) hazırladığı karta baxa bilərsiniz. Meduza bu cür kartların necə işlədiyini öyrənmək üçün əla mənbədir. Təqdimatımızı bitirəndən sonra daxil olub orada yayımlanan materialları gözdən keçirməyiniz tövsiyə olunur.
Testlər
- düzgün cavabı soruşmaq üçün istifadə olunur
Doğru cavabı özümüzün seçməyimiz hadisəni daha yaxşı yadda saxlamağımıza kömək edir. “Sputnik Azərbaycan” informasiya agentliyindən gətirdiyimiz nümunənin başlığından da anlaşıldığı kimi, mövzu ədəbiyyatdır. Maraqlı oxucu başlıqdakı “bildiyimiz və bilmədiyimiz cəhətləri” əlavəsini görən kimi özünü sınamağa çalışacaq əlbəttə. İstənilən vaxt daxil olub siz də özünüzü yoxlaya bilərsiniz. Yox əgər test hazırlamaq istəyirsinizsə, o zaman xidmətlərə diqqət edin.
Test və viktorinalar hazırlamaq
üçün xidmətlər
- Flourish
- Apester
- Interacty
- Testix
- Quiz
Sorğular
- auditoriyanın istənilən bir mövzuda rəyini öyrənir;
- iştirakçılığı artırır
Sosial şəbəkələrdə hər gün azı bir neçə sorğu ilə qarşılaşır, mövzu diqqətimizi çəkdiyi təqdirdə iştirak edir, sualları cavablandırırıq. Siz də kiçik sorğular hazırlayaraq dostlarınıza göndərə və ya bunun üçün kiçik reklam büdcəsi ayıraraq sosial şəbəkələrdə paylaşa bilərsiniz. Bu cür sorğuları embed html kodunu kopyalayaraq saytınızda da yayımlamağınız mümkündür. Növbəti slaydda sorğular hazırlaya biləcəyiniz xidmətləri görə bilərsiniz.
Sorğular hazırlamaq üçün
xidmətlər
- Survermonkey
- Google forms
- Yandex form
- İnteracty
- Online test pad
İnfoqrafikalar
- infoqrafika datanı qrafik şəkildə təsvir edən məlumat tipidir;
- tipik olaraq infoqrafika mətn və vizual məlumatları birləşdirir, bəzən bir-birini təkrarlayır
İnfoqrafika ilə asanlıqla bir fərqli inkişaf istiqaməti müəyyənləşdirə, fərqli bir çox məlumatı daha anlaşıqlı şəkildə ifadə edə bilərsiniz. Misal üçün, adi bir cədvəl insanı çaşbaş sala bildiyi halda infoqrafika öyrəniləni qavramasına kömək edəcək: günümüzdə böyük əksəriyyətin skan edərək oxuduğunu nəzərə alsaq, bu sizi başqalarından fərqləndirəcək əvəzedilməz vasitədir.
İnfoqrafika hazırlamaq üçün
xidmətlər
- Piktochart
- Datawrapper
- Datamatic
- Infogram
- Canva
Kolkulyatorlar
- sizin oxucuların hər hansı bir şeyi hesablamalarına imkan yaradır
Kolkulyatorlardan daha çox onlayn satış saytlarında istifadə olunsa da, informasiya portallarında da görmək mümkündür. Skrinlərdən də anlaşıldığı kimi, onlayn kolkulyatorlar valyuta məzənnələrini, eləcə də sifariş verilən məhsulun çəkisinə və ölçüsünə görə qiymətini hesablamağa kömək edir. Sizin oxucunuzun da onlayn kolkulyatora ehtiyacı ola bilər. İstəmirsinizsə ki, bu ehtiyacını ödəmək üçün sizin saytdan çıxıb başqa sayta yönəlsin, o zaman aşağıdakı kolkulyator xidmətlərindən yararlanmağa çalışın.
Kolkulyator hazırlamaq üçün
xidmətlər
- Ucalc.pro
- Calculoid
- Stepform
Krossvordlar
- səhər qəzeti oxuyurmuş kimi hiss etdirir;
- vərdiş yaradır
Gün ərzində ətrafımızda insanların başını telefondan qaldırmadığını görürük. Kənardan baxanda adama elə gəlir ki, hansısa vacib bir işlə məşğuldurlar. Lakin onlarla səmimi olan zaman heç də belə olmadığını görürük. Belə ki, bir sıra insan telefonda musiqi dinləyib filmə baxdığı, gün ərzində sosial şəbəkələrdə paylaşmalar edərək, yaxud yaxınları ilə yazışaraq vaxt keçirdiyi kimi, bir qrup insan da ancaq müxtəlif oyunlar oynamaqla rahatlıq tapır. Krossvordlar da bir vaxtların intellektual oyunu sayılırdı. Texnologiyanın inkişafı qəzetlərə marağı azalda bilər, ancaq krossvordları həmişə aktual saxlamaq insanların öz əlindədir. Üstəlik qəzetlərə amansız davranan texnologiya krossvordlar üçün qapını açıq saxlayıb. Sonuncu slaydımızdakı xidmətlərdən istifadə edərək siz də o qapıdan keçə bilər, oxucularınıza nostalji yaşada bilərsiniz. Necəki təqdim etdiyimiz skrində bunu Azvision.az saytı edib.
Krossvord hazırlamaq üçün xidmətlər
- Highcat
- Online Test Pad
- Learning apps
Bu cür formatlar olduqca çoxdur, burada bu gün ən çox istifadə olunan formatlardan danışmağa çalışdıq. Qəlibləşmiş bir fikir var ki, əsas olan nə yazdığın, nə çəkdiyin deyil, necə çəkdiyindir. Bir az da necə tirajladığın, yayımladığın… Burada hazırladığınız kontenti yayımlamağınıza kömək edəcək, ilham verəcək vasitələrdən danışmağa çalışdıq. İndi qalır tətbiq etməyiniz.