Yeni Jurnalist

Ekspertlərin məsləhətləri ilə onlayn təhlükəsizliyinizi artırın

Bir neçə sadə suala cavab verməklə siz öz İnternet təhlükəsizliyiniz barəsində fərdi məsləhətlər ara bilərsinizmi? Yeni yaradılmış Checksec.org resursu sizə belə bir imkan yaradır.

Bu resursda siz cəmi bir neçə klik etməklə öz rəqəmsal təhlükəsizliyinizi və bu sahədə olan bacarıqlarınızı ekspertlərin köməyi ilə artıra bilərsiniz – onlayn hesablarınızda iki addımlı doğrulama, tətbiqlərinizin yenilənməsi, cihazlarınızın yaddaşlarının şifrələnməsini, məlumatlarınızın etibarlı şəkildə qorunması və ya bərpa edilməsi kimi tövsiyyələrlə tanış ola bilərsiniz.

Bütün bunları edə bilmək üçün bir neçə onlayn sualı cavablandırmaq kifayət edir. Nəzərdə tutulan sorğu rəqəmsal təhlükəsizliyin əsasları hesab edilir.

Sorğu bu mövzuda bir neçə sahəyə toxunur. Məsələn, onlayn hesablarınızı qorunması (Facebook, Google, Tvitter), kompyuter yaddaşının şifrələnməsi, viruslardan qorunma üsulları, mobil cihazın axtarılması və s.

Resursun tövsiyələr bölməsində isə mövzu üzrə yeni məlumatlarla tanış ola bilərsiniz.

Daha ətraflı: Checksec.org

Paylaş