Yeni Jurnalist

Data təmizləməyin 5 yolu — Google Cədvəllər

Səyyarə Məmmədova

Əgər data əsaslı xəbər hazırlayırsınızsa, əlinizdəki data setində bir çox problemlər ilə qarşılaşa bilərsiniz.

Təmizləmək istədiyiniz bu datalarda əksik dəyərlər, imla xətaları, qısaltmalar, təkrarlanan sütunlar, bir-biri ilə təzadlı datalar, datanın yanlış formatda qeyd olunması kimi müxtəlif səhvlər ola bilər. Belə datalara adətən “pis data”  (bad data) deyilir.

Bəzən datanızdakı səhvləri sadəcə özünüz həll edə bilmirsiniz. Məsələn, sütunlardan biri boşdursa və ya sıfır ilə ifadə olunubsa bu dataların harada olduğunu, niyə data setinə əlavə edilmədiyini mənbənizdən soruşun. Cavab tapa bilmədiyiniz suallar ortaya çıxdıqda bunu həll edə bilmək üçün mənbələriniz, proqramistlər, data ekspertləri kimi insanlarla əməkdaşlıq edin.

Bu videoda jurnalistlərin özlərinin həll edə biləcəyi problemlərdən bəhs edilir. Əlinizdəki datada olan səhvləri Google Cədvəllərdən istifadə edərək necə təmizləyəcəyiniz göstərilir.

Mövzu ilə bağlı təqdimata nəzər keçirmək üçün  linkə daxil ola bilərsiniz. Data qazımaq haqqında məlumat almaq üçün isə bu videonu izləyə bilərsiniz.

Hazırladı: Sayyara Mammadova

Musiqi: Mood – Peyruis

Sərlövhə:  Pexels

Paylaş