Yeni Jurnalist

İnternetdən videoları necə endirmək olar?

Esther Vargas / Flickr

Sosial şəbəkələrdə paylaşılan videoları necə endirmək olar?

Bu gün sosial şəbəkələr və digər saytlar istifadəçilərə video paylaşmaq imkanı yaradır. Bir sıra hallarda bu videoları təkrar istifadə etmək, mobil cihazlara yükləmək, İnternetə çıxış olmayan məkanda izləmək lazım gəlir. Müxtəlif multimedia layihələrində istifadə etmək üçün videomateriallara ehtiyac yaranır.

İnternetə yüklənmiş video müxtəlif səbəblərdən silinə bilər: məsələn, istifadəçinin hesabı bağlana bilər. Bəzən xəbər dəyəri olan, ictimai əhəmiyyətli videoməzmunu qoruyub saxlamaq üçün jurnalistlər onu saytdan endirməli və bir surətini özlərində saxlamalı olurlar.

Bəs sosial şəbəkələrdən və digər saytlardan videoları necə endirmək olar? Yeni Jurnalist saytı sizə İnternetdən videoları yükləmək üçün faydalı ola biləcək bəzi saytları təqdim edir.

Youtubeinmp4.com – YouTube saytından video endirmək üçün olduqca faydalı resursdur. Java əlavələrindən istifadə olunmur deyə, kompüterinizə virus düşməsinə imkan yaratmır. Android əməliyyat sistemində işləyir.

Savefrom.net – YouTube, Vimeo, Dailymotion, Facebook kimi saytlarla yanaşı, bəzi populyar Rusiya resurslarından və xəbər saytlarından da video endirməyə imkan yaradır.

Keepvid.com – 28 İnternet resursdan video endirmək üçün faydalı alətdir.

Downloadtwittervideo.com – Twitter sosial şəbəkəsində paylaşılan videoları endirmək üçün faydalı alətdir.

Vinevideodownload.com – Qısa videolar üçün Vine xidməti artıq fəaliyyət göstərməsə də, saytın dörd illik video arxivi ictimaiyyət üçün açıqdır. Bu resurs Vine videolarını endirməyə imkan yaradır.

Downloadvideosfrom.com – Facebook, Instagram, Dailymotion və Rutube kimi saytlardan video endirməyə imkan yaradan daha bir faydalı resurs.

Fbdown.net Twdown.net – Müvafiq olaraq Facebook və Twitter sosial şəbəkələrindən video endirmək üçün faydalı alətlərdir. Chrome brauzeri üçün əlavələri mövcuddur.

Yoodownload.com – YouTube, Vimeo, Facebook, Twitter, Instagram kimi saytlardan video endirmək üçün daha bir faydalı alət.

Videograbber.net – Bir çox saytdan video endirmək üçün daha bir maraqlı resurs. Kompüterinizdə quraşdırmaq üçün desktop versiyası da mövcuddur.

(Foto: Esther Vargas / Flickr)

Paylaş