Yeni Jurnalist

FotoJet — sosial şəbəkələr üçün poster və kollaj yaratmağın asan yolu

Jurnalist xəbəri sosial şəbəkələrdə paylaşan zaman onu mümkün qədər cəlbedici etməyi düşünür. Sosial şəbəkədə auditoriyanın diqqətini xəbərə cəlb etməyin sınanmış yollarından biri də ona vizual elementlər qatmaqdır.

Mövzuya uyğun təcili olaraq foto, kollaj və hətta poster hazırlamaq üçün jurnalistin köməyinə FotoJet onlayn aləti çata bilər.

FotoJet hazır şablonlardan istifadə etməklə bir neçə dəqiqənin ərzində sosial şəbəkədə paylaşmaq üçün cəlbedici poster, kollaj və ya təsvir yarada bilər.

FotoJet nəinki sürətli hərəkət etməyə imkan verir, həm də sizin kreativliyinizə geniş meydan açan 700-dən çox şablon təklif edir. Bununla yanaşı, siz şəklə yazı və qrafik elementlər də əlavə edə bilərsiniz.

Redaktor proqramı iki hissədən ibarətdir: Creative и Classic. Siz sadəcə istədiyiniz redaktə üsulunu və şablonu seçirsiniz, ardınca isə kompyuterinizdən və ya Facebook hesabınızdan şəkli proqrama əlavə edirsiniz.

FotoJet sadə dizayna malik olduğundan istənilən istifadəçi onun çoxsaylı funksiyalarından istifadə etməyin yolunu çox asanlıqla öyrənə bilər. Redaktor proqramının imkanları ilə yaxından tanış olmaq üçün susmaya görə verilmiş şəkillərdən biri ilə özünüzü yoxlaya bilərsiniz.

Son məhsulu JPG və ya PNG formatında kompyuterinizə endirə, dərhal çap edə, ya da linkini sosial şəbəkələrdə birbaşa paylaşa bilərsiniz.

 

Paylaş