Yeni Jurnalist

Jurnalistlər üçün yeni resurs — ifadeaz.info

Azərbaycanda fəaliyyət göstərən jurnalistlər üçün yeni onlayn resurs istifadəyə verilib.

Daha çox media hüququ və rəqəmsal təhlükəsizlik sahələrini əhatə edən ifadeaz.info portalı Azərbaycanda çalışan peşəkar ekspertlərin iştirakı ilə, yerli və beynəlxalq hüquq normaları nəzərə alınaraq hazırlanıb.

Bu onlayn resurda siz aşağıdakı məsələlər barəsində ətraflı məlumat ala bilərsiz:

– media hüququ və ifadə azadlığının mahiyyəti;

– beynəlxalq hüquqi normalar;

– ifadə azadlığına tətbiq oluna bilən məhdudiyyətlər;

– informasiya əldə etmək hüququ və bu hüququn cəmiyyətə töhfəsi;

– teleradio yayımının hüquqi tənzimlənməsi,

– şəxsi həyat, şərəf və ləyaqətin, habelə nüfuzun böhtan və təhqirdən qorunması; və s.

Jurnalistlər ifadeaz.info portalında rəqəmsal təhlükəsizliyin standart qaydaları, həmçinin bu sahədə ən son yeniliklərlə də tanış ola bilərlər.

Paylaş