Yeni Jurnalist

İnternet məhdudiyyətlərinə qarşı jurnalistlərə VPN kömək edirmi?

Orxan Cəfərli

«Konqo Demokratik Respublikasında internetin kəsilməsi bütün ölkənin dünya ilə əlaqəsinin kəsilməsi demək idi,” — deyə Konqo əsilli müstəqil jurnalist Qabriel Mitç müsahibədə bildirib — “İnternet olmadan müasir jurnalistikanı təsəvvür etmək qeyri-mümkündür.”

İnternet Konqoda prezident seçkiləri və Zimbabvedə yanacaq qiymətlərinə dair etirazlar zamanı Afrika ölkələrindəki jurnalistlərin çox zaman mövcud olmadığı halda belə yerinə yetirməyə məcbur olduğu  bir predmet kimi çıxış edir.

Access Now beynəlxalq rəqəmsal hüquqlar qrupunun verdiyi məlumata istinadən son illər bütün dünyada internet kəsilmələrinin sayı 2016-ci ildə 75-dən 2018-ci ildə 188-ədək kəskin surətdə artım ilə qeydə alınmışdır.

Cənubi Afrika Media İnstitutunun hüquq və informasiya kommunikasiya texnologiyası üzrə  siyasi əməkdaşı Kyuda Hov Zimbabve hökumətinin interneti kəsməsini məlumatın sərbəst şəkildə ifadə olunması və onu əldə etmək hüququna xitam verməsiylə əsaslandıraraq , narazılığını vurğulayıb.

“Mediaya hücumlar artıq zərbə endirmələr və həbsə almalar kimi oflayn(çərçivədənkənar) metodlara qədər məhdudlaşdırılsa da  internet kəsilmələri şəklində məlumata nəzarət kimi onlayn təhlükələr də həmçinin bu hücumlar arasında yer alır” deyə Hov əlavə etdi. “Odur ki, jurnalistlər internetə giriş hüququ kimi rəqəmsal hüquqları ictimailəşdirmək məqsədilə bu fürsətdən yararlanmalıdır”

Konqoda internet kəsilməsindən iki gün sonra Mitç internetə giriş tapmaq üçün idarələri dolaşdı.

“Bu arada əlaqədar seçkilər üçün reportaj verdiyim Foeniks adlı Zambiya radiostansiyası da tutmurdu.Çıxılmaz vəziyyətdə idim. Bu minvalla dostumun ölkəxarici ilə əlaqələndirilmiş internet provayderinin olduğu idarəsinə baş çəkdim, lakin burada da hökumət provayderə ultimatum verərək interneti kəsmişdi,”-deyə o qeyd etdi.

VPN nədir?

VPN vasitəsilə kənar serverə qoşulmaq mümkündür. Şifrələnmiş tunel vasitəsilə bütün İnternet trafik məlumatlar serverə ötürülür ki, bunun da sayəsində internet xidmət təminatçıları(provayder) və digər üçüncü şəxslər həmin məlumatları görə bilmir. İstifadəçi kompüteri VPN serverinin IP ünvanına da malik olur ki, nəticədə kimlik və yerləşmə məxfiliyi qorunur.

Zimbabve İnternet Cəmiyyətinin üzvü Kudzay Kanquendi bildirdi ki, VPNlər monitorlaşmış və sensorlaşmış şəbəkələr üzrə həssas hesab olunan məlumatları paylaşmaq məqsədilə həm peşəkar,həm də vətəndaş jurnalistikasında faydalı əhəmiyyətə malikdir.Onlar həmçinin sensorlaşmış məzmunu aradan qaldırmaq məqsədilə də tətbiq olunur.

VPN-dən necə istifadə olunur?

VPN-dən istifadə çətin səslənsə də əslində çox sadədir.Burada tələb olunan tək şey istifadəçinin istifadə etdiyi telefon və ya kompüter qurğusu üzrə VPN tətbiqolunmasını yükləmək və quraşdırmaqdır. VPN-dən istifadə etmək üçün sadəcə onu işə salmaq və qurğu ilə avtomatik başlatmaq üçün konfiqurasiya etmək lazımdır.

Ümumi VPN tətbiqolunmalarına hər biri ayda təqribən 10 ABŞ dollarına başa gələn ExpressVPN, NordVPN, IPVanish və TunnelBear-ı nümunə göstərmək olar.

Yaxşı VPN axtarış tarixçəsini izləmək üçün istifadəçi məlumatlarını qeydə almır və ya almağa cəhd göstərmir. VPN bununla yanaşı həmçinin qəza çıxışı və ya müəyyən formada sızmadan qorumaya malik olmalıdır. Qəza çıxışı texnologiyası avtomatik olaraq ya seçilmiş proqramların ya da VPN əlaqəsi kəsildikdə tam qurğunun internetə daxil olmasının qarşısını alır.

Paylaş