Yeni Jurnalist

Qafqaz jurnalistlərinin media platforması — JAMnews

JAMnews – Qafqazın müxtəlif regionlarından olan, qarşılarına oxucu və tamaşaçılara müxtəlif və hərtərəfli məlumat çatdırmaq məqsədi qoyan peşəkar jurnalistləri, həm də müəllif və ekspertləri birləşdirən unikal media platformasıdır.

JAMnews regionda baş verən hadisələr barədə son xəbərləri təqdim edir, sırf yoxlanılmış məlumatları yayır, mühüm hadisə və tendensiyaların peşəkar və müstəqil təhlilini təklif edir, bununla da Qafqazın müxtəlif regionlarında yaşayan insanları bir-biri ilə daha yaxından tanış etməyə çalışır. JAMnews sosial problemlər, siyasi proseslər haqda yazır, məşhur və ən sadə insanların hekayələrini nəql edir.

JAMnews ən müxtəlif baxışları olan insanların öz informasiya, fikir və rəyləri ilə rahat bölüşə bildiyi bir meydandır, JAMnews münaqişə zonalarının qarşı tərəflərində, bir-birinə əks olan siyasi və sosial reallıqlarda yaşayan insanların müxtəlif, bəzən də bir-birinə zidd fikirlərini cəmiyyətə çatdırmağı lazım bilir.

JAMnews UK Conflict, Stability and Security Fund-un dəstəyi ilə yaradılıb.

Paylaş