Yeni Jurnalist

Jurnalistika və media haqqında animasiyalar

Media məkanında saxta xəbərlərin geniş yayılması bütün dünyada media savadlılığına daha çox ehtiyac yaradır. Bu gün jurnalist xəbəri peşəkar yazmağı, izləyici isə doğrunu yalandan ayırmağı öyrənməlidir.

Əkinçi təşəbbüsü jurnalist Vüsalə Əlibəylinin iştirakı ilə jurnalistika və media haqqında 10 epizodluq animasiyalar təqdim edir.

Bu animasiya seriyasının məqsədi həm jurnalistlərin, həm də auditoriyanın media savadlılığı vərdişlərini artırmasına dəstəkdir. Animasiyalarda jurnalistin peşə etikasından medianın təməl prinsiplərinə qədər fərqli mövzulara toxunulur.

Animasiyaları Əkinçi təşəbbüsünün Youtube kanalında izləmək olar.

Paylaş