Yeni Jurnalist

Jurnalistlər üçün onlayn «xəbər otağı» — Newsroom.tools

Onlayn mediada çalışan jurnalistlərin müxtəlif onlayn alətlərə ehtiyacları yaranır. İnformasiyanı vizuallaşdırmaq, video və audio materiallarla işləmək, istifadəçilərin materiallarını «emal etmək», xəbər mətninə interaktivlik qatmaq üçün xüsusi onlayn alətlərdən istifadə etmək lazım gəlir.

Global Editors Network və BBC News Labs tərəfindən hazırlanmış, 2016-cı ilin noyabrında Londonda Mozilla festivalında təqdim edilmiş newsroom.tools bu baxımdan onlayn jurnalistlər üçün faydalı resursdur.


Newsroom.Tools – virtual «xəbər otağı» jurnalistlər tərəfindən yaradılmış açıq-mənbəli resursdur, burada toplanan məlumat və alətlər təcrübədə öz təsdiqini çoxdan tapıb. İstifadə üçün olduqca sadə formada hazırlanmış bu resurs bir neçə şöbədən ibarətdir: xəritələr, video, audio, dizayn, vizualizasiya, data, multimedia və s. Hər şöbədə müvafiq onlayn alətlər və onların istifadə təlimatları yerləşdirilib.

Mobil jurnalistika, multimedia xəbərçiliyi, eləcə də yeni başlayanlar üçün məlumat bazaları ilə necə işləmək haqqında saytda ayrıca bölmələr də yaradılıb.

Paylaş