İnternetdən istifadə edərkən buraxdığınız rəqəmsal ayaq izləri (digital footprints) şəxsi məlumatlarınız, axtarış tarixçəniz kimi bir çox şəxsi məlumatları ifadə edir. Bu məlumat qırıntılarını puzzle olaraq düşünə bilərsiniz. Müxtəlif saytlardakı kiçik məlumat qırıntılarını bir araya gətirərək sizin haqqınızda və gördüyünüz iş haqqında fikir sahibi olmaq olduqca asandır.
İnternetdəki rəqəmsal ayaq izlərinizi azaltmaq üçün dərin texniki biliklərə sahib olmağa ehtiyacınız yoxdur. sadəcə bir neçə sadə üsuldan istifadə edərək rəqəmsal ayaq izlərinizi minimuma endirmək mümkündür. Bu videodan, hansı vasitələrlə daha təhlükəsiz internet istifadə edə biləcəyinizə dair məlumatlar əldə edəcəksiniz.