Mediada yanlış informasiya və ya saxta xəbərlər həm oxucu, həm də jurnalistlərin başlıca narazılıqlarından biridir. Amma bu anlayışlar hələ də bütün dünyada bir çox insanlar tərəfindən geniş şəkildə yanlış anlaşılır.
Saxta xəbərləri – dezinformasiyanı, onun tarixini və onunla mübarizə mexanizmlərini daha yaxşı anlamaq üçün təşkilatlar və şirkətlər media peşəkarlarına kömək göstərmək cəhdi üçün bir araya gəlir.
2018-ci ilin may ayında Kori Metyuz ABŞ və Almaniya jurnalistləri ilə birgə Cultural Vistas çərçivəsində Vaşinqton, Şarlotsvil və Nyu York şəhərlərinə səyahət edib. New York Times və Associated Press (AP) daxil olmaqla bir sıra xəbər bölmələrinə baş çəkib və media ekspertləri ilə jurnalistlərin təhrif edilmiş və ya dezinformasiyaya bürümüş xəbərlərlə mübarizə aparması üçün həqiqi, təsirli hekayələrdən necə istifadə edə bilməsi və bu cəhdlərin keçmişdə nə kimi rola malik olması ilə bağlı söhbət aparıb.
Vaşinqtonda görüşlər zamanı tarixçi və müəllif Dr. Sindi Qvelinin bildirib ki, jurnalistikada indiki saxta xəbər problemləri heç də yeni deyil. Siyasi dezinformasiyanın ən effektiv pionerlərindən biri III Napoleon olub.
“Onun birbaşa olaraq xalqa təqdim etdiyi informasiya bülletenləri onun uğurları və şəxsi üstünlüyünün sübutu kimi möhtəşəm və çox zaman yanlış iddiaları ehtiva edirdi,” – Qveli deyir. Qveli həmçinin qeyd edir ki, o vaxt bir çox insanlar bu məlumatlara inanırdı, çünki məlumat onların artıq bu fenomenin çoxlu müasir tədqiqatlarında öz sübutunu tapmış hər hansısa bir şeyin gerçək olduğunu düşünməsinə təkan verirdi .
“Bir çoxlarının [Napoleonun] iddialarının doğruluğuna dair şübhələri olsa da buna nəzər salmaqdan yan qaçırdı, çünki onların gözləntiləri ilə uyğunlaşır yaxud da şəxsi gündəmlərinin irəliləməsinə səbəb olurdu,” -deyə Qveli bildirib.
Dezinformasiyanın qarşısını almaq üçün yol axtaran jurnalistlər geriyə dönüb Napoleona nəzər salmamalı, çıxış yolu tapmaq üçün daha son nümunəyə üz tutmalıdır. Prezident Riçard Niksonun dövründə Uoterqeyt qalmaqalı zamanı jurnalistlər faktlardan istifadə etmişdi və həqiqəti ortaya çıxarmaq üçün cavabdehlik səlahiyyəti daşıyırdı.
Nikson idarəçiliyində çoxçalarlı yalanlar və gizlətmələr şəbəkəsinin üzə çıxarılması üçün medianın olduqca əhəmiyyətli rola malik olduğunu təsbit edən güclü istintaq metodları və hakimiyyətə cəsarətli çağırış jurnalistlərin ən yaxşı müdafiə silahıdır,”-deyə Qveli əlavə etdi.
Bir çox beynəlxalq təşkilatlar beynəlxalq səviyyədə bugünkü informasiya böhranına qarşı mübarizə aparmaq məqsədilə tədbirlər görür. Nümunə olaraq, AP orjinal məzmun əldə etmək üçün dünyanın bir çox yerlərinə öz müxbir və redaktorlarını ezam edir. Bununla da kənar mənbələrdən məlumat almaq əvəzində özlərinin şəxsi reportajına etibar edir. AP həmçinin səhvləri cəld və səmərəli şəkildə düzəltməyə çalışır və şəffaflığa nail olmaq cəhdilə internet və sosial mediada bu düzəlişləri üzə çıxarır.
Jurnalistikanın bu əsas standartları dezinformasiyaya qarşı mübarizədə mühüm olduğundan bu səylər informasiya böhranının qarşısının alınmasında təklikdə mediaya arxalanır.
Bir sıra təşkilatlar yaxşı jurnalistikanın kifayət etmədiyini düşünərək xəbərlərdən lazımi qaydada necə istifadə etməyi də izləyicilərə öyrədir. NewseumED sinif otağında istifadə etmək üçün pedaqoqlara media savadlılığında dərs planları təmin edən təşkilatlardan biridir. Digəri isə mediaya dair biliyin əhəmiyyətini yüksəltmək üçün “Media Savadlılıq Həftəsi” kimi ictimai maarifləndirmə təşviqatlarını həyata keçirən Kanadanın MediaSmart təşkilatıdır .