Yeni Jurnalist

İqtisadi jurnalistika haqqında vebinar — YENİLƏNİR

Müasir jurnalistikanın mühüm sahələrindən biri də iqtisadi jurnalistikadır.

İnsanların həyatında iqtisadi hadisələrin çəkisi hər zaman yuxarı olub. Bu gün, qloballaşma şəraitində iqtisadi amilin gücü durmadan artır. İndi yalnız yerli iqtisadi yeniliklər və çətinliklər deyil, hətta uzaq ölkədə baş verən konyuktur dəyişikliklər də sadə insanların həyatına təsir edir. Ona görə də məlumatlı oxucular bu gün ilk növbədə iqtisadi xəbərlərin keyfiyyəti və əhatəsinə diqqət yetirirlər.

Azərbaycanda iqtisadi jurnalistikanın vəziyyəti necədir? Hansı çağırışlar və çətinliklər var? Azərbaycanda iqtisadi jurnalistika ilə məşğul olanlar hansı tövsiyələrə əməl etsələr öz işlərində uğur qazana bilərlər?

Bu suallardan yola çıxaraq Yeni Jurnalist saytı iqtisadi jurnalistlər üçün ekspert Rövşən Əliyevin təqdimatında jurnalistika vebinarları hazırlayıb. Həmin vebinarları sizə təqdim edirik.

1. İqtisadi jurnalistikada açar sahələr hansılardır, prioritetlər necə müəyyənləşdirilir?

2. İqtisadi mövzuların hədəf auditoriyası

3. İqtisadi jurnalistikada sizin yeriniz

4. İqtisadi jurnalistikada bilik bazasını necə qurmalı?

5. İqtisadi jurnalistikada şəbəkəni necə qurmalı?

Paylaş