Yeni Jurnalist

Karantindən sonra media: USAID-dən yeni jurnalistika kursuna dəvət

Uzun fasilədən sonra USAID azərbaycanlı jurnalistlər və media mütəxəssisləri üçün təlim proqramının yenidən başladığını elan edir.

Bu proqram həm jurnalistlərə, həm də redaksiyalara öz işlərini İnternetdə daha yaxşı təşkil etməyə kömək edəcək professional bilik və bacarıqlar əldə etmək üçün nadir fürsətdir.

Xarici və azərbaycanlı təlimçilər sizə auditoriyanızı başa düşməyə, saytınız üçün düzgün mətnlər hazırlamağa, bunun üçün ən yaxşı və uyğun alətləri və vasitələri seçməyə kömək edəcəklər. Bu da sizin medianız üçün daha geniş auditoriya və daha çox bəyənmə sayı deməkdir.

Bütün bu maraqlı seminarlar və təlimlər Azərbaycan dilində təşkil ediləcək. Proqramda iştirak ödənişsizdir.

Təlim proqramı haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər və iştirak etmək haqqında hələ qərarsız olanlar üçün 2 sentyabr saat 15:00-da onlayn təqdimat baş tutacaq. Əvvəlki proqramın məzunları olan azərbaycanlı jurnalistlər və redaktorlar bu təlim və seminarlarda öyrəndikləri bilik və bacarıqların onların media karyerası qurması və peşəkar inkişafına necə töhfə verməsi barəsində danışacaqlar.

Sentyabrın 1-nə kimi onlayn tədbirə qeydiyyatdan keçin və ən yeni və hərtərəfli təlim proqramı ilə ilk tanış olanlardan biri də siz olun.

Foto: Jo Szczepanska / Unsplash

Paylaş