Yeni Jurnalist

Yoxsulluqla bağlı xəbər hazırlayanda nələrə diqqət etməli?

Orxan Cəfərli

Aşağı maaş, ödənişsiz təcrübə və Nyu York yaxud da London kimi media mərkəzlərində rastlaşdığımız həddən artıq yüksək qiymətli yaşayış şərtləri işçi sinif və ya əngəlli qrup nümayəndələrinin qəzet-jurnalistika sahəsində karyera qurmaq imkanını çətinləşdirir. Yoxsulluq əksərən cəmiyyət və cəmiyyətin problemlərindən doğan şəxsi xəbərlərdə müzakirə olunaraq həllini tapır. On illərlə qəlibləşmiş yanlış inanclar və 24 saat ərzində xəbər yayan xəbər mərkəzlərinin məhdud zaman müddəti bu mövzuyla bağlı yaranan məsələlərin keyfiyyətinə də təsirsiz ötüşmür.

“Açıq desək, çox insan yoxsulluğun nə olduğu, ona nəyin səbəb olduğu və yoxsulluq çəkənlər barədə ətraflı məlumatdan xəbərsizdir,” deyə bu mövzuya dair xəbər müəllifi və media sənayesində sinif probleminə toxunan yazar Heter Bryant fikir bildirir. Bryant deyir:

İqtisadi böhran, ifrat dərəcədə bəsitləşdirsək, siyasi maraqlara və sənaye tətbiqlərinə xidmət edən sahələrdən biridir. Bu da düzgün və hərtərəfli xəbər hazırlamağın yuxarıya doğru qaçmaq kimi çətin bir iş olduğu deməkdir.

Barbara Raab “NBC News”un ABŞ-da yoxsulluq barədə reportaj hazırlayan və 2013-cü ildə Peabody Mükafatı qazanmış Plain Sight layihəsinin baş prodüseri olub. Yoxsulluq barədə danışarkən ilk problem, redaktorlar və qəzetlərdəki digər söz sahiblərinin hekayəni ön sıralarda dərc etdirib-etdirməməsi ilə bağlı qərarlarıdır:

Redaktorlar ümumən bu cür hekayələrin kədərləndirici olduğunu ya da izləyici və ya oxucuları maraqlandırmağını zənn edir.

Reklamçılar da çox zaman abunəliklər və məhsullara sərmayə qoymağa meylli olan hədəf kütlələri həqiqətən maraqlandıran məzmunlara üstünlük verirlər.

Əzbər bildiyiniz fikirləri sorğu-sual edin

Hər kəs kimi qəzetçilər də öncədən əldə olunmuş məlumat və şəxsi mühakimələrdən azad deyillər. Lakin cinsiyyət və irqi məsələlər mövzusunda üstüörtülü fikirlərimizi necə bildiririksə, yoxsulluq mövzusunda da özümüzü məsul bilməliyik.

Bryant bir çox qəzetçinin, meritokratiya, iş etikası və “bootstrap” nəzəriyyəsi əhatəsində “hər kəs yetərincə çalışarsa, hər bir şeyi bacara bilər” kimi yanlış izahların hökmran olduğu bir dünyada yaşadığını söyləyir və əlavə edir:

Bir şey barədə bildiyinizi düşündüyünüz hər bir şeyi nəzərdən keçirmək önəmlidir.

Böyük təsviri gözdən qaçırmayın

“Yoxsul insanlar nə üçün özlərini yoxsulluqdan xilas edə bilmir? Qarşılarındakı əngəl və mədəni baryerlər hansılardır?” deyə Raab bir çox suallar ortaya qoyur. Fərdi hekayələri təkbaşına danışmaq kifayət etmir, yoxsulluqdan çıxmağı çətinləşdirən siyasi məsələləri ortaya çıxarmaq, onları başa düşmək və vurğulamaq çox zəruridir.

Yoxsulluqla bağlı bir çox hekayələr oxşar bir şablona əsaslanır: Çətinliklərə baxmayaraq qazanılan bir zəfər anlayışı. Raab bütün çətinliklərə rəğmən övladını Harvarda göndərən küçədə yaşayan bir ailənin hekayəsini nümunə göstərir. Bu cür hekayələr lazımınca hədəf obyektinə çevrilərsə, çətinliklərin öhdəsindən gəlmək mümkündür” –deyə o tövsiyə edir. Lakin iqtisadi-qənaət baxımından hərəkət edə bilməməyin qarşısında duran sistemli problemləri ifşa etmək heç də kifayət etmir.

Raab yoxsulluqla necə mübarizə aparılmasını göstərən müxtəlif nöqteyi-nəzərlərə diqqət yetirməyi vacib sayır. “Yalnız cəsarətlə deyil,” ifadəsini əlavə edərək, bunun fərq yaradabiləcək sistemlər və siyasətlər yolu ilə həll oluna biləcəyini vurğulayır.

Hekayələrinizə yoxsulluq təcrübəsi olan insanları daxil edin

“İnsanlarla söhbət edərkən heç maddi sıxıntı yaşamamış birinin anlaya bilmədiyi şeyləri açıqlamasını xahiş edin”-deyə Raab tövsiyə edir. “Məsələn, bir çox insan ‘Bu qədər kasıbsınızsa niyə böyük ekran televizorunuz var?’ deyə soruşa bilər. Soruşulan bu suala verəcəyiniz cavab heç ağlınıza gəlməmiş ola bilər. ” deyə o əlavə etdi.

Kəlimələr və şəkillər vasitəsilə yardımıyla öz hekayələrini danışmaq üşün şərait yaradın. Misalçün, yaşayışlarını videoya çəksinlər, şəkillər hazırlasınlar. Bu heç də həmişə xüsusilə yoxsulluğa yönümlü bir hekayə olmaq məcburiyyətində deyil. Jurnalistlər siyasət, səhiyyə, təhsil və digər mövzularla bağlı hekayələrdə müxtəlifliliyi ortaya qoymalıdırlar.

Diqqət yetirə bilərsiniz: Jurnalistlərin süni intellektlə bağlı məlumatlı olmaqları vacib olduğu 10 xüsusiyyət
Bu cür xəbərin hazırlanması yoxsulluğu birxətli faciə şəklinə salır ki , bu da öz növbəsində böyük təsvür barədə məhdud bir nöqteyi-nəzər formalaşdırır. Hərçənd ki, diqqət çəkməyi bacarsa da, nə hekayə subyektlərinə, nə də izləyici kütləsinə xidmət edir.

Sərlövhədəki foto: Arthur Yeti / Unsplash

Paylaş