Yeni Jurnalist

Video ilə işləmək üçün 14 ödənişsiz proqram

İnternetdə həm ödənişsiz, həm də keyfiyyətli video redaktə proqramı tapmaq bir qədər çətindir. Buna görə də Sosial texnologiyalar istixanası istifadəçilərin gözləntilərinə cavab verən, geniş funksiyalara malik olan, Windows, Mac və Linux kimi başlıca əməliyyat sistemlərində işləyən ödənişsiz video redaktə proqramlarının siyahısını hazırlayıb.

Yeni Jurnalist həmin materialı kiçik dəyişikliklə sizə təqdim edir.

1) Movie Maker

Movie Maker – Windows üçün ən tanınmış video redaktə proqramıdır. Hal-hazırda həm kompüter, həm də mobil platformada işləyən müstəqil tətbiq kimi mövcuddur. Proqram vasitəsilə videonu montaj etmək, ona effektlər, keçidlər, musiqi və audio əlavə etmək, eləcə də hazır videonu birbaşa YouTube və Facebook saytlarına yükləmək mümkündür.

2) ivsEdits

Windows üçün ivsEdits – geniş funksiyalara malik olan professional video redaktə proqramıdır. Proqramın tam versiyası ödənişli olsa da, bəzi məhdud funksiyalarla ödənişsiz versiyasından istifadə etmək mümkündür. Proqram yüksək keyfiyyətli video ilə işləməyə, həmçinin bir neçə kameradan görüntü alaraq yerindəcə montaj aparmağa imkan yaradır.

3) Kate’s Video Toolkit

Windows üçün Kate’s Video Toolkit bir qədər sadə proqramdır və ancaq təməl funksiyaları əhatə edir. Onun köməyi ilə videoları hissələrə bölmək, bir neçə videodan bütöv film hazırlamaq, səs cığırı əlavə etmək, filmi istədiyiniz formata konvertasiya etmək mümkündür.

4) WeVideo

WeVideo – video reportajlar, kliplər və ya təqdimatlar hazırlamağa imkan yaradan onlayn servisdir. Bu servisin əsas üstünlüyü ondan ibarətdir ki, “buludda” yerləşir, birbaşa brauzerinizdə işləyir və proqramı kompüterinizə endirib quraşdırmağa ehtiyac qalmır.

5) Avidemux

Açıq mənbəli kod əsasında yazılmış Avidemux proqramı ən sadə funksiyalardan yararlanmağa imkan yaradır. Onun vasitəsilə videonu hissələrə bölmək və müxtəlif filtrlər tətbiq etmək mümkündür. Proqramın başlıca üstünlüyü bütün əsas əməliyyat sistemləri üçün (Windows, Mac OS, Linux) versiyalarının olmasıdır.

6) VSDC Free Video Editor

Windows üçün VSDC Free Video Editor geniş funksiyalara malik olan professional proqramdır. Bu proqramın əsas üstünlüyü ödənişsiz olmasındadır, çünki istifadəsi bir qədər çətindir. Xüsusən də video redaktəyə yeni başlayanlar bu proqramdan istifadə edərkən müəyyən çətinliklər çəkə bilərlər.

7) MPEG Streamclip

Həcmi 1 meqabaytdan da az olan bu proqram Windows əməliyyat sistemində işləyir, əsasən videonu hissələrə bölməyə, eləcə də səsi videodan ayırıb ayrıca fayl şəklində yaddaşda saxlamağa imkan yaradır.

8) VirtualDub

Windows üçün nəzərdə tutulmuş bu proqram ancaq təməl funksiyaları icra etməyə imkan verir. Proqramın əsas üstünlüyü istifadəsinin çox asan olmasıdır.

9) Free Video Editor

Windows əməliyyat sistemində işləyən bu proqram yenidən kodlaşdırmağa (encoding) ehtiyac olmadan hər hansı videodan lazımsız fraqmentləri kəsib atmağa imkan yaradır. Beləliklə də, videonun orijinal keyfiyyəti dəyişilmədən saxlanılır və redaktə prosesi hədsiz qısa və sürətli baş verir.

10) Lightworks

Bu video redaktə proqramı həm Windows, Mac və Linux əməliyyat sistemlərində çalışır, həm də ödənişsiz proqramlar arasında ən geniş funksiyalara sahibdir. Lightworks ilə siz HD keyfiyyətli videolarla rahat işləyə bilərsiniz.

11) Freemake Video Converter

Windows üçün Freemake Video Converter proqramı adından da göründüyü kimi videoları müxtəlif formatlara konvertasiya etməyə imkan yaradır. Həmçinin bu proqram vasitəsi ilə videonu hissələrə ayırmaq, yeni fraqmentlər əlavə etmək və ya bəzi fraqmentləri silmək, güzgü effekti verərək videonu tərsinə çevirmək mümkündür.

12) Wondershare Filmora

Wondershare Filmora video redaktə proqramının Windows, Mac, iOS və Android üçün versiyaları mövcuddur. Proqram iki səviyyədə redaktə imkanı verir: yeni başlayanlar üçün “Easy Mode” və təcrübəli istifadəçilər üçün “Advanced Mode”. Ödənişsiz versiyanın çatışmayan cəhəti də odur ki, sizin videoların üzərində proqram avtomatik olaraq öz loqosunu yerləşdirir.

13) VideoPad Video Editor

Bu proqram həm kompüter (Windows və Mac), həm də mobil əməliyyat sistemləri (iPhone, iPad, Android) üçün versiyaları olan, geniş funksiyalı video redaktordur. Bir çox formatda fayllar ilə işləməyə imkan yaradır., eləcə də üçün əməliyyat sistemi

14) Shotcut

Shotcut açıq mənbəli kod əsasında yazılmış, tam ödənişsiz və geniş funksiyaları olan video redaktə proqramıdır, Windows, Mac və Linux üçün versiyaları mövcuddur. Videoların hazırlanması işində kifayət qədər təcrübəli istifadəçilər üçün uğurlu seçimdir.