Yeni Jurnalist

Qısa xəbəri 10 dəqiqəyə necə yazmalı? — VİDEOKURS

Medianın dərc etdiyi materialların kəmiyyətinə nəzər salsaq, onların əksəriyyətinin qısa xəbər olduğunu görə bilərik. Bu günlərdə xəbər saytları qısa xəbərlərə tez-tez müraciət edir.

Əgər siz jurnalistsizsə, onda ya qısa xəbərlər yazmısız, ya da gələcəkdə yazmalı olacaqsız. Yeni işə başlayan jurnalistlərə də adətən ilk tapşırıq kimi qısa xəbərlər yazmağı tapşırırlar. Amma heç də hər kəs qısa xəbər yaza bilmir. Daha doğrusu, hamı qısa xəbərləri yaxşı və tez yaza bilmir.

Yeni Jurnalist saytı jurnalistlərin peşə bacarıqlarını artırmaq üçün media eksperti Dmitri Surnin tərəfindən hazırlanmış qısa xəbər yazmaq haqda video-kursun giriş hissəsini təqdim edir.

Diqqət! Kursa başlamazdan öncə mövzu ilə bağlı öz bilik və bacarıqlarınızı yoxlayın. Bu hiper-keçində verilmiş testi keçin. Kursun sonunda siz həmin testdən bir daha keçərək yeni şeylər öyrənib öyrənmədiyinizi müəyyən edə bilərsiz. Belə daha maraqlı olacaq. Həm də kursun yekununda sualları uğurla cavablandıran hər kəs kursu keçməsini təsdiqləyən sertifikat alacaq. Elə düşünməyin ki, kursu keçmədən, videoları izləmədən də suallara asanlıqla cavab verə biləcəksiz. Sizə uğurlar!

1.1 Giriş. Bu kurs nə haqdadır və kimlər üçündür?

Hər bir jurnalist nə zamansa qısa xəbər yazmalı olur. Qısa xəbəri mümkün qədər tez və yaxşı yazmaq lazımdır. Bunun üçün də cəld fikirləşmək və cəld yazmaq lazımdır. Mənim adım Dmitri Surnindir. Mən əvvəllər mətbuatda redaktor işləmişəm, indi isə media konsultant kimi çalışıram. Bu kursda sizə qısa xəbəri cəlb və yaxşı yazmağı öyrədəcəm.

2.1. Xəbər nədir və digər mətnlərdən nə ilə fərqlənir? Tısbağa misalında izah edirik

Xəbər digər məlumatlardan nə ilə fərqlənir, xəbərin kommunikativ vəzifəsini anlamaq niyə vacibdir – bütün bunları tısbağa misalında izah edirəm, jurnalistika fakültələrinin tələbələrinə isə universitet proqramından nələri unutmalı olduqlarını deyirəm.

2.2. Qısa xəbərlər: onlar niyə lazımdır və “uzun xəbərlərdən” nə ilə fərqlənir?

Qısa xəbərlərin nəyə görə lazım olması və onların kommunikativ vəzifəsinin “uzun xəbərlərdən” necə fərqlənməsi haqda danışıram. Mətni düzgün tərtib etmək üçün bu biliklər bizə qarşıda lazım olacaq.

2.3 Nəyin xəbər olduğunu necə bilmək olar?

Nəyin xəbər olduğunu aydınlaşdırmaq üçün çəhrayı əjdahalarla məşq edirik. Bir hadisəni təsvir edən eyni mətndə bir neçə xəbər gizlənə bilər – jurnalist danışmaq istədiyi xəbəri seçməlidir.

 2.4 Materialın fokusu nədir?

Fokus göstərirəm. Mətnin fokusu nədir, onu necə seçmək olar – bunlar haqda danışıram. Sizin xəbər mətni üçün lazım olan faktların toplusunu məhz seçdiyiniz fokus müəyyən edəcək.

Дмитрий Сурнин

Бывший главный редактор газеты «Мой район». Разрабатывал программы обучения, проводил тренинги, семинары для дизайнеров, журналистов, редакторов и преподавателей. Медиаэксперт.

Diqqət!

Kursa başlamazdan əvvəl testi keçin və öz peşəkar bilik və bacarıqlarınızın səviyyəsini yoxlayın. Kursun sonunda yekun testdən keçərək yeni bilik və bacarıqlara necə yiyələndiyinizi yoxlayın və sertifikat alın.