Yeni Jurnalist

Smartfonda animasiya hazırlamaq üçün proqramlar

Videomateriala əlavə etmək və ya sosial şəbəkələrdə paylaşmaq üçün animasiya düzəltmək istəyirsiz? Həm də smartfonla? Sosial Texnologiyalar İstixanası animasiya yaratmaq üçün faydalı mobil applikasiyaların siyahısını hazırlayıb. Bu applikasiyalar peşəkar multimedia jurnalistləri və bloqçuları üçün nəzərdə tutulur.

YeniJurnalist.org saytı həmin materialı sizə təqdim edir.

Legend

Bu applikasiya şəkil və ya illüstrasiya üzərinə əlavə oluna bilən animasiya mətni yaratmaq üçün proqramdır. Video üçün subtitrlər düzəltmək üçün də yarayır. İntuitiv anlaşılan interfeys ilə cəmi iki klikə animasiya hazırlamaq olur. Smartfonla videomontaj edən şəxslərə operativ şəkildə subtitr və ya mətnlər lazım olan hallar üçün idealdır. Instagram, Twitter, iMessage, WhatsApp paylaşımları və ya GIF uzantılı videofayllar üçün rahat proqramdır. Ödənişsizdir.

Legend (iOS / Android) endir

Adobe Spark Post

Videolar üçün kadrlardan tutmuş poster və açıqçalara kimi müxtəlif peşəkar vizual materiallar hazırlamaq üçün ideal mobil applikasiyadır. Proqram daha çox təcrübəli istifadəçilər üçün nəzərdə tutulub. Fərqli vizual materiallar üçün şablonları, şriftlərlə və son məhsulun dizaynı ilə işləmək üçün böyük imkanları var. Peşəkar titrlər, illüstrativ materiallar və videogörüntülər yaratmaq üçün əlverişlidir. Applikasiya ödənişsizdir, amma ödənişli funksiyaları var.

Adobe Spark Post (iOS) endir

Mayu

Adobe Spark Post  proqramının ödənişsiz alternatividir. Video üçün animasiyalı mətni və kadrlar yaradır. Xüsusən də sosial şəbəkələrə hesablanmış videoçarxlar hazırlayan şəxslər üçün əlverişlidir. Bu applikasiyanın köməyi ilə video və fotoşəkillərdə mətnlər, titrlər və vizual elementləri tez bir zamanda yaratmaq mümkündür. Proqram ödənişsizdir.

Mayu (iOS) endir

Wizibel

Bu applikasiya audio ilə işləyənlər – müsahibələri, musiqi və səsyazılarını qeydə alanlar üçün əlverişlidir. Audio cığır üçün vizual cizgi yaradır və ya ona vizual tərtibat verir. Daha sonra həm audio, həm də vizual materialı bir araya gətirib kollaj yaratmaq olar və ya saytda dərc üçün istifadə etmək olar. Proqram ödənişlidir.

Wizibel (iOS) endir

Sərlövhədəki foto: Pexels.com (CC0)

Paylaş