Yeni Jurnalist

Sosial media auditoriyasına faktları necə çatdırmalı?

Orxan Cəfərli

Əl Cəzirə Mediaa Şəbəkəsində rəqəmsəl xəbərin icraçı direktoru Yasər Bishr Rəqəmsəl İnnovatorların Sammitindəki çıxışında (25 mart 2019-cu il) dedi ki, “Biz ictimai rəyin formalaşdırılmasında obyektiv faktların emosiyalar və şəxsi inanclara nisbətən təsirinin daha az olduğu, həqiqətlərin geridə qaldığı bir dövrdə yaşayırıq.”

Jurnalistlərə faktların çatdırılmasında kömək etmək üçün təklif etdi ki, mediya sosial platformaların istifadə etdiyi üsuldan istifadə etməlidir.

“Mən emosiyalar və inanclara müraciət etməyin mənfi bir şey olduğunu düşünmürəm. Faktlara hələ də yer var, amma insanların böyük bir qismi bundan kənarda qalıb. Bizim xəbər agentliyi olaraq onları məlumatlandırmaq kimi öhdəliyimiz var,” deyə fikir bildirib.

Amma belə bir məsələ də var: mediya faktlar və inanclar, həqiqətlər və emosiyalar arasındakı xətti bulanıqlaşdırmağa başlayanda manipulyatorlar kimi qəbul edilirlər. Burada etik münasibətlər balansı qorumalıdır.

“Biz qapılarımızı müzakirəyə açmalıyıq, digər tərəfi də öz fikrini bildirməsinə dəvət etməliyik və sivil qaydada müzakirə aparmalıyıq,” Bishr dinləmək istəməyən auditoriyaların qarşısına ziddiyyətli fikirlərin qoyulmasının hiyləgərlik olduğunu təsdiq edərək bildirib.

Sputnikin İtaliya seçkilərində ikinci ən böyük təsirə malik kütləvi informasiya vasitəsi olması faktı həmin an ən böyük təhlükə kəsb edirdi. 2016-cı ilin ABŞ seçkilərində meksikalılara qarşı bəslənən qorxu hisslərinə dayanaraq verilən qərarlar hökm sürmüşdü. Biz bu həqiqəti görməməzlikdən gələ bilmərik.

“Jurnalistlərin artıq fərqli vasitələrdən istifadə etməli olduqlarının zamanının gəlib çatdığını düşünmürsünüzmü?” Ənənəvi kütləvi informasiya vasitələrinə qarşı ictimai inamın sarsıldığı bir dövrdə jurnalistlər üçün sosial şəbəkə vasitəsilə düzgün oxuculara nüfuz etməyin çox vacibli olduğunu əlavə edərək soruşdu.

İnformasiya vasitələrinə kömək etmək üçün o, jurnalistlərin auditoriyalara təsir etməsini asanlaşdıracaq beş üsul ixtira edib: filtr balonlarına (İnternet istifadəçisinin sadəcə öz inanclarına uyğun informasiya və fikirlərlə qarşılaşdığı, hansısa fərdin onlayn təcrübəsini fərdiləşdirən alqoritmin səbəb olduğu situasiya.) nüfuz etmək; botnetdən (Şəbəkənin yaradıcısı və ya nəzarətçi tərəfindən təyin edilmiş vəzifələri yerinə yetirmək üçün birlikdə işləyən trojan atları və ya digər zərərli kodu olan kompüterlər şəbəkəsi) istifadə etmək və kəşf, “confirmation bias” (Oxuduqlarını, gördüklərini olmasını istədiyin kimi şərh etmək və yaxud gözləntilərini təsdiqləyəcək izlər axtarmaq) strategiyaları hazırlamaq,güvən verici mikro-tarqetinqə (Konkret insanların maraqlandıqları sahələri aşkar etmək üçün istifadəçinin şəxsi və demoqrafik məlumatlarının istifadə edildiyi marketinq strategiyası.) sərmayə yatırmaq; Axtarış sistemi və məhsuldarlığın optimallaşdırılması.

Məsələn o izah etdi ki, xəbər mətni ilə spesifik bir auditoriyanı hədəf almaq üçün feysbuk reklamları ilə faktlara dayanan məlumatı onlayn şəbəkələrdə yaymaq üçün botlardan istifadə etmək arasında kiçik fərqlər var.

“Mikro-icmalar sosial mediyanın ətrafında formalaşırlar” Bishr dedi.

“Sosial mediya üzrə təsir qüvvəsinə malik olanlar Meksika ilə ABŞ arasına divar hörülməsinə qarşı olanlar, ya da Meksikadan miqrant axınının əleyhinə olanlardır. Onlar ictimai rəyə təsir göstərə bilirlər. ”

Bundan öz xeyirlərinə istifadə etmək üçün Bishr təklif etdi ki, xəbər agentlikləri mikro təsir gücünə malik olan şirkətləri müəyyən etməli, onların yanlış informasiya yaymasını seyr etmək əvəzinə təsdiqini tapmış faktları yaymaq üçün onlarla əməkdaşlıq etməli və öz platformalarında əsl gərçəkləri göstərməlidir.

Buna baxmayaraq gəlir gətirməyən auditoriyaya müraciət etmək maliyyə sıxıntısı çəkən xəbər agentlikləri üçün maliyyə itkisi ola bilər.

“Amma jurnalistikanın qarşısında hələ də bir missiya dayanır və bu bizim nail olmalı olduğumuz hədəfdir. Bu faktları çatdırmaqdır. Və missiyanın bir hissəsi də ondan ibarətdir ki, bu faktların gərçək kütlələrə çatmasını təmin etməliyik.” “Biz sadəcə gəlir gətirən sahələrə yönələrsək sonunda Estrada xəbərləri və əyləncəli-məlumat xarakterli xəbərlərə fokuslanacağıq. Həll yolu faktları çatdırmağın lazım olduğunu xatırlamaq və düzgün rəyin formalaşdırılması üçün həqiqəti bilməyə ehtiyacı olan icmalara nüfuz etməkdir” deyə fikrini tamamladı.