Chai Khana Cənubi Qafqaz regionunda qadınlar, kənd icmaları, azlıqlar və münaqişələr mövzularında çalışan beynəlxalq bir media platformasıdır.
Mediada az işıqlandırılan məsələ və hadisələri insan hekayələri ilə təqdim edən Chai Khana platformasının başlıca məqsədi regionda təmsil olunmayanların səsinə çevrilməkdir.
Chai Khana Cənubi Qafqazda miqrasiyadan bazara qədər müxtəlif mövzularda materiallar dərc edir. Sənədli filmlər, foto esselər və digər multimedia vasitəsilə kreativ və eksprimental yanaşma tərzi Chai Khana platformasının fəaliyyətinin təməlini təşkil edir.
Çayxana müxtəlif insanların bir yerə toplaşaraq ideya, təcrübə və hekayələrini paylaşdığı ümumi məkandır. Chai Khana platorması da bütün Cənubi Qafqazda və onun sərhədlərindən kənarda yaşayan insanlarla ünsiyyətə girərək ümumi bir məkan yaradır.
Chai Khana eyni zamanda unikal mentorluq proqramı vasitəsilə istedadlı və gənc jurnalistlərin bacarıqlarını inkişaf etdirir və professional media nümayəndələrinin növbəti nəslinə dəstək olur.