Yeni Jurnalist

Yeni jurnalistika proqramına qeydiyyat başlayır — Karantindən sonra media: USAID-in yeni jurnalistika kursuna müraciət edin!

Evgeni Kulakov uzun illər jurnalist və redaktor işləyib, son 10 ildə media auditoriyasını araşdırır. Media məhsullarının istifadəçilərini təhlil edir, elektron ticarət və onlayn medianın istehlakı haqda konsultasiyalar verir. İnternyusun mentorudur.

Yasia Karalevich-Kartel populyar şəhər nəşri, Minsk haqqında CityDog.by onlayn jurnalının redaktoru və həmtəsisçisidir. Jurnalda sosial və mədəni mövzular haqqında yeni formatda xüsusi layihələr hazırlayır. Media təlimçisi və İnternyusun mentorudur.

USAID azərbaycanlı jurnalistlər və media sahəsində çalışan peşəkarlar üçün yeni jurnalistika proqramına qəbul elan edir.

COVID-19 pandemiyası həyatın bütün sahələrində olduğu kimi jurnalistika və mediaya da təsirsiz ötüşməyib. Pandemiyadan sonrakı yeni çağırışları nəzərə alan, ən son təcrübələr və ən yeni standartlar əsasında hazırlanmış bu təlim proqramı həm jurnalistlərə, həm də redaksiyalara İnternetdə öz işlərini daha yaxşı təşkil etməyə kömək edəcək professional bilik və bacarıqlar təklif edəcək.

Xarici və azərbaycanlı təlimçilər sizə auditoriyanızı başa düşməyə, saytınız üçün düzgün mətnlər hazırlamağa, bunun üçün ən yaxşı və ən uyğun alətləri və vasitələri seçməyə kömək edəcəklər. Bu da sizin medianız üçün daha geniş auditoriya və sosial şəbəkələrdə daha geniş əhatə və daha çox bəyənmə sayı deməkdir.

İlkin seçim mərhələsindən keçən iştirakçılar üçün 2020-ci ilin oktyabr ayında Bakıda və ya Azərbaycanın bölgələrindən birində 4 günlük təlim keçirəcəyik. COVID-19 pandemiyasının gedişatından asılı olaraq planlarda müəyyən dəyişikliklər ola bilər.

Təlim proqramının mentorları təcrübəli media ekspertləri və təlimçilər Evgeni Kulakov (Praqa) və Yasia Karalevich-Kartel (Minsk) olacaq. Tədris Azərbaycan dilində təşkil ediləcək. Proqramda iştirak tamamilə ödənişsizdir.

Təlim proqramına qatılmaq istəyənlər sentyabrın 16-na kimi müraciət formasını doldurmalıdırlar. Seçimin nəticələri sentyabrın 23-dən sonra elan ediləcək. Bu elanı jurnalist dostlarınız və həmkarlarınızla bölüşməyiniz xahiş olunur.

Paylaş