Yeni Jurnalist

Onlayn media üçün rəqəmsal marketinq — YENİ VİDEOKURS

YeniJurnalist.org saytı onlayn media sahəsində işləyənlər üçün yeni videokurs təqdim edir.

Videokursun məqsədi onlayn media üçün rəqəmsal marketinq barəsində ətraflı məlumat vermək, onlayn jurnalistlərin bu mövzuda nəzəri və praktiki bilik və bacarıqlarını təkmilləşdirməkdir.

Buna da bax: Vebinar: Qısa xəbəri necə yazmalı?

Press-relizləri, məqalə və ya audio-vizual kontenti hədəf kütləsinə necə çatdırmaq olar? Elektron poçt vasitəsilə marketinqi necə həyata keçirmək olar? Necə edək ki, 10 min insana e-məktub göndərək, amma nəticədə həm də etik və korrekt davranmış olaq? Facebook və Instagram kimi sosial şəbəkələrdən marketinq məqsədilə jurnalist necə yararlana bilər? Google Analytics alətlərindən necə doğru istifadə edək?

Onlayn media üçün rəqəmsal marketinqlə maraqlanan hər kəsi bu videokursu izləməyə dəvət edirik.

1. SEO nədir? (Search Engine Optimization)

2. SEO məzmunu yazarkən diqqət edilməli detallar

3. Texniki SEO üçün nələrə diqqət etməli?

4. Google Webmaster Tools ilə işləmək

Paylaş