Yeni Jurnalist

Peşəkar videoçəkiliş üçün smartfon applikasiyaları

Bir çoxunuz bu barədə düşünür: məşhur videobloqçular və multimedia jurnalistləri öz videolarını necə çəkirlər ki, bu qədər keyfiyyətli alınır? Bəs bizdə niyə o cür keyfiyyətli çəkilişlər alınmır? Əlbəttə, istedad, bilik və bacarıqla yanaşı bu sualın cavabı həm də həmin peşəkarların istifadə etdikləri mobil applikasiyalardır.

Sosial Texnologiyalar İstixanası ağıllı telefonlarla video çəkmək üçün hazırlanmış və peşəkarlara tövsiyə edilən beş applikasiya haqqında təqdimat hazırlayıb. Bu proqramlar peşəkar video kameraların funksiyalarını sizin smartfonun kamerasına köçürür və istənilən video və ya müsahibəni yüksək keyfiyyətlə çəkməyə imkan verir. YeniJurnalist.org saytı həmin material ilə sizi tanış edir.

1. Kinomatic (iOS)

Bu applikasiya iPhone üçün tamfunksiyalı videokamera proqramıdır. Asan idarə olunan interfeysin köməyi ilə çəkiliş zamanı tam nəzarət sizin əlinizdə olur. Video ölçüsü – 4K, 1080p, 720p və 480p; kadr tezliyi isə 24, 25, 30, 48, 50, 60, 120, 240 FPSВ. Səs və xarici mikrofonlarla işləmək imkanı da mövcuddur. Applikasiyaya daxil edilmiş peşəkar video redaktə funksiyası titr və vizual elementlər əlavə etməyə də imkan yaradır. Digər tərəfdən, peşəkarlar üçün nəzərdə tutulmuş əksər proqramlar kimi bu applikasiya da ödənişlidir.

Kinomatic (iOS) endir

2. Filmic Pro (iOS / Android)

Fokus, ekspozisiya, ağ rəngin balansı, səs səviyyələri, mikrofon seçimi və video ölçüsünə tam nəzarət imkanları verən bu applikasiya smartfonla video çəkmək üçün mövcud olan ən müasir proqramlardan biridir. Peşəkar video çəkiliş üçün bütün alətləri təqdim edən bu proqram müntəzəm olaraq yenilənir və dəstəklənir. Ödənişlidir.

Filmic Pro (iOS / Android) endir

3. Open Camera (Android)

Bu applikasiya həm də videoçəkiliş üçün peşəkar proqramlar arasında çox az rast gəlinən xüsusiyyətlərinə görə – ödənişsiz olması və açıq koda sahib olması ilə diqqət çəkir. Proqramın funksiyalar dəsti çox əhatəlidir. Buraya çəkiliş proseslərinə avtomatik və əllə nəzarət parametrləri, çəkiliş formatlarının seçilməsi, kadrda rənglərin idarə edilməsi, videolara GPS yarlıqların verilməsi və yekun çıxış faylının çəkisini azaltmaq üçün avtomatik sıxılma funksiyaları daxildir.

Open Camera endir

4. Cinema 4K (Android)

Bu applikasiya Flat Profile (məsələn, Cinelike D, S-Log2, V-Log L və ya ProTune) ilə işləyir. Bu formatlar post-prodakşn zamanı videoda daha dinamik rəng diapazonu əldə etməyə imkan verir. Mümkün qədər çox detalı qoruyub saxlamaq üçün applikasiya düz profil rejimində kəskinlik effektini susmaya görə söndürür. “Çiy” material ilk baxışdan darıxdırıcı görünə bilər, amma bu kadrlar post-prodakşn üçün mükəmməl kadrlardır.

Cinema 4K endir

5. Cinema FV-5 (Android)

Applikasiya kompakt kameralardan istifadə etməklə video çəkmək üçün idealdır. Funksiyalar dəsti bütün digər peşəkar video çəkiliş proqramlarında olduğu kimidir. Parametrləri əllə və ya avtomatik idarəetmə ilə yanaşı bir sıra əlavə funksionallıq da var. Bu applikasiyanın daha bir fərqli xüsusiyyəti çəkiliş zamanı kameranın sabitləşdirilməsi üçün alqoritmlərin olmasıdır. Bu applikasiyanın köməyi ilə çəkilmiş material Apple Final Cut Pro, Adobe Premiere, Sony Vegas və ya DaVinci Resolve kimi professional masaüstü redaktor proqramlarında redaktə oluna bilər.

Cinema FV-5 (Android) endir

Sərlövhədəki foto: Pexels.com (CC0)

Paylaş