3.1. Qısa xəbər yazmağa hazırlaşırıq. Alqoritmlər
İş alqoritmləri haqda danışıram. 10 dəqiqə ərzində xəbər yazmaq üçün niyə iki saat danışmalı oluram: çünki alqoritmin addımlarının böyük bir hissəsi fiziki hərəkətlər deyil, iş haqda düşünmənin məntiqidir.
3.2. Xəbər üçün mənbə seçmək
Mənbə nədir, ilkin mənbədən nə ilə fərqlənir, eləcə də xəbər hansı mənbələrdən sizə gəlib çata bilər.
3.3. Mənbəni ilkin mənbədən uzaqlığına görə dəyərləndiririk
Xəbərin mənbəyi ilə işləməzdən öncə onun ilkin mənbədən uzaqlığını müəyyən etməliyik. Kiminsə sözlərini dostunuzun nənəsinin dilindən eşidib xəbər yazanda ona istinad etmək olmaz.
3.4. Mənbəni seçirik və etibarlılığını yoxlayırıq
Mənbəyə inanmaq olarmı. Mənbənin etibarlılığına şübhə yaranarsa, nə etmək lazımdır. Eləcə də nümunə press-relizin etibarlılığını dəyərləndirirəm.
3.5. Mənbəni iş üçün hazır vəziyyətə gətiririk. Köpüyü təmizləyirik
Faktların köpükdən nə ilə fərqlənməsi barədə danışıram. Obyektiv müşahidələri subyektiv dəyərləndirmə və şərhlərdən ayırmağı öyrədirəm. Mənbəni növbəti işlər üçün hazır vəziyyətə gətirirəm: ilk ümumi təmizləməni aparıram və mənasız yerləri kəsib atıram.
3.6. Mənbəni iş üçün hazır vəziyyətə gətiririk. İnsan dilinə tərcümə edirik
İnsan dilində danışmağı öyrədirəm. Dəbdəbəli, gəlişigözəl ifadələri məktəblinin də anlaya biləcəyi formata salıram. Press-relizin timsalında baxıram ki, nəyi bilirik, nəyi isə bilmirik.
3.7. Mənbəni iş üçün hazır vəziyyətə gətiririk. Xəbər məzmunlu müddəaları müəyyən edirik
Press-relizin gizlətdiyi xəbər məzmunlu müddəaların siyahısını hazırlayıram. Onun içinə tikilmiş xəbərləri axtarıram.
3.8. Mənbəni iş üçün hazır vəziyyətə gətiririk. Əhəmiyyətli xəbər məzmunlu müddəaları saxlayırıq
Xəbər müddəalarının arasından yalnız onları saxlayıram ki, oxucu üçün hər hansı bir məna və əhəmiyyət kəsb edə bilər.
3.9. Mənbəni iş üçün hazır vəziyyətə gətiririk. Ən əhəmiyyətli süjeti seçirik
Xəbər müddəalarının «süjetlərdə» necə birləşdiyini izah edirəm. Bizim mənbəyə «tikilmiş» iki süjeti ayırıram. Bu iki süjetdən daha əhəmiyyətli olanını seçirəm. Hansı xəbərin daha vacib olması qərarını verərkən hansı meyarları rəhbər tutmaq barəsində danışıram.
3.10. Mənbəni iş üçün hazır vəziyyətə gətiririk. Nəyin xəbər olduğunu müəyyən edirik
Seçdiyimiz süjet üçün nəyin xəbər olması haqda qərar verirəm. Bundan sonra həmin xəbərlə işləyəcəyik.
3.11. Mənbəni iş üçün hazır vəziyyətə gətiririk. Fokusu müəyyən edirik
Yenə də fokus göstərirəm. Bizim xəbərin fokusunu müəyyən edirəm. Mətnə daxil edəcəyimiz məlumatları fokusun öncədən necə müəyyən etdiyini göstərirəm.