Yeni Jurnalist

Qısa xəbəri 10 dəqiqəyə necə yazmalı? — VİDEOKURS

4.1. İlk abzası yazırıq. Lid nədir və necə olmalıdır

Mətni yazmağa başlayırıq. Əvvəlcə, qısa xəbərdə ilk abzasın (lid) necə olması barədə danışıram. Lidi düzgün yazmaq çox vacibdir, çünki oxucuların əksəriyyəti yalnız onu oxuyur.

4.2. İlk abzası yazırıq. Kim?

Kim? Nə? Nə zaman? Harada? Necə? Niyə? Nə olsun? Bu sualların cavabları sizin ilk abzasın qaralamasında olmalıdır. Bu dərsdə «kim?» sualına cavab verməyi öyrədirəm, yəni xəbər kimin sayəsində baş verib.

4.3. İlk abzası yazırıq. Nə?

«Nə?» sualına cavab verirəm. «Nə?» — xəbərin məğzidir, nə baş verib, nə dəyişib. «Nə?» olmasa, xəbər də olmaz.

4.4. İlk abzası yazırıq. Nə zaman?

«Nə zaman?» sualına cavab verirəm. Xəbər mətnlərində tarix və zamanı necə göstərmək haqda bir balaca söhbət açıram.

4.5. İlk abzası yazırıq. Harada?

«Harada?» sualına cavab verirəm. Məkanı göstərməyin nə vaxt lazımlı, nə vaxt isə lazımsız olduğunu izah edirəm.

4.6. İlk abzası yazırıq. Necə?

«Necə?» sualına cavab verirəm. «Necə?» — xəbərin hansı şərtlər altında baş verməsidir.

4.7. İlk abzası yazırıq. Niyə?

«Niyə?» sualına cavab verirəm. «Niyə» – yalnız xəbərdən öncəki vəziyyət deyil, həm də xəbəri şərtləndirən vəziyyətdir.

4.8. İlk abzası yazırıq. Nə olsun?

«Nə olsun?» sualına cavab verirəm. Bu sualın cavabı oxucuya imkan verir ki, niyə bu xəbəri oxumalı olduğunu anlasın. Bu sualın cavabı materialın fokusu ilə birbaşa bağlıdır (bax. dərs 3.11).

4.9. İlk abzası yazırıq. Mətni yığırıq və redaktə edirik

İlk abzası (lid) yenidən yazıram və redaktə edirəm, artıq detalları, təkrarları yığışdırıram, ağır ifadələri sadələşdirirəm. Lidi yığcam və aydın verirəm.

Paylaş

Дмитрий Сурнин

Бывший главный редактор газеты «Мой район». Разрабатывал программы обучения, проводил тренинги, семинары для дизайнеров, журналистов, редакторов и преподавателей. Медиаэксперт.

Diqqət!

Kursa başlamazdan əvvəl testi keçin və öz peşəkar bilik və bacarıqlarınızın səviyyəsini yoxlayın. Kursun sonunda yekun testdən keçərək yeni bilik və bacarıqlara necə yiyələndiyinizi yoxlayın və sertifikat alın.