Yeni Jurnalist

XəbərinOlsun — Azərbaycan xəbərlərini izləmək üçün mobil proqram

İnternetin verdiyi imkanlar xəbər jurnalistikasında böyük dəyişikliklərə gətirib çıxarması artıq yeni xəbər deyil. Yeni xəbərlərlə tanış olmaq üçün səhər və ya axşam qəzetlərini gözləmək daha lazım deyil. Hadisə baş verdikdən bir neçə dəqiqə sonra xəbər bizim mobil telefon və planşetlərimizin ekranlarına çıxır.

Bununla yanaşı, İnternet məkanında xəbər saytlarının durmadan artması və fərqliliyi oxucu üçün müəyyən çətinliklər törədir. Oxucu bir neçə xəbər xidmətini izləmək üçün hər birinin applikasiyasını telefonumuza yükləməli, ya da hər birinin İnternet saytına ayrıca daxil olmalı olur.

Android sistemli telefonlar və planşetlər üçün yaradılmış Xəbərin Olsun applikasiyası oxucunun işini rahatlaşdırmaq məqsədi daşıyır.

Azərbaycan mediasında müxtəlif mənbələrdən xəbərləri eyni zamanda izləmək üçün daha fərqli applikasiyalar yükləməyə, xəbər saytlarına ayrılıqda daxil olmağa ehtiyac qalmır. Bunun üçün indi sadəcə Play Store-a daxil olmaq, Xəbərin Olsun applikasiyasını yükləyin və xəbər mənbələrinin siyahısından izləmək istədiyiniz sayt və agentlikləri seçmək kifayətdir.

Paylaş