Jurnalistlər və media işçiləri üçün USAID-in yeni jurnalistika proqramına müraciət 16 sentyabrda başa çatır.
Proqramda iştirak etmək istəyənlər, amma hələ müraciət etməyə imkanı olmayan şəxslər bu gün ərzində müraciət formasını dolduraraq bu unikal fürsətdən yararlana bilərlər.
Oktyabr ayında keçiriləcək dörd günlük təlimin proqramının ilkin variantı ilə tanış ola bilərsiniz:
Karantindən sonra media: USAID-in yeni jurnalistika kursu
1-ci gün: Rəqəmsal məzmun və onun istehlakçısı
09:00-09:30 Tanışlıq və seminarda davranış qaydaları
09:30-10:10 Redaksiyalar üçün yeni dövrün çağırışları:
- ənənəvi modelin dağılması, texnologiya partlayışı və monetizasiya paradiqmalarının dəyişməsi
- məzmunun yayımına vurğu
10:10-10:30 Yeni rəqəmsal mühitin xarakteristikası. Rəqəmsal auditoriyanın xarakteristikası
10:30-10:45 Çay və qəhvə fasiləsi
10:45-11:15 Rəqəmsal auditoriyanın seqmentləri. Seqmentləşdirmə niyə və necə aparılmalıdır. «Personajlar» metodikası.
11:15-11:30 Qruplarda iş: bizim auditoriyamızın ekspert seqmentləri
11:30-12:15 İnformasiya və publisistika janrları
- «Janr» deyəndə nə başa düşürük?
- İnformativ janrlar
- Analitik janrlar
12:15-12:45 Çay və qəhvə fasiləsi
12:45-13:15 Qrup işlərinin təqdimatı
13:15-14:30 Storytelling (insan hekayələri) nədir
14:30-15:00 Günün nəticələrinin yekunu
2-ci gün: İnternet üçün mətn
09:00-09:15 Ümumi müzakirə: təlimin birinci günü nə öyrəndik?
09:15-09:45 Fərdi və qrup işi: çap mətbuatı üçün mətn
09:45-11:00 İnternet üçün mətn
- Mütaliənin psixofiziologiyası
- Kağıza qarşı rəqəmsal
- Düz oxuma və “skan” edərək oxuma
11:00-11:15 Çay və qəhvə fasiləsi
11:15-12:00 İnternet mətninə tələblər
- Rəqəmsal mətn necə olmalıdır?
- Mətnin strukturu
- Başlıqlar və alt-başlıqlar
12:00-12:45 Praktiki tapşırıq
12:45-13:00 Çay və qəhvə fasiləsi
13:00-13:45 Rəqəmsal mətn üçün “bicliklər”
- Açar sözlər: necə seçmək və harada yerləşdirmək
- Hiperkeçidlər (linklər): necə və nə qədər olmalı, necə yaratmalı
- Çağırış (call-to-action)
- Rəqəmsal mətnin təhvil-təslim siyahısı
13:45-14:00 Fərdi iş
14:00-14:15 Mətnin tonu (tone of voice)
14:15-14:45 Media sosial şəbəkələrlə necə işləməlidir?
14:45-15:00 Günün nəticələrinin yekunu
3-cü gün. Məzmunun yeni və perspektivli formatları
09:00-09:15 Ümumi müzakirə: təlimin ikinci günü nə öyrəndik?
09:15-10:15 İzahedici jurnalistika nədir və nə zaman istifadə olunmalıdır?
- Kartlar (lövhəciklər) və onlardan nə vaxt istifadə etməli
- Yığcam formatlar və onlardan harada istifadə etməli
- İnfoqrafika
10:15-10:45 Qruplarda iş: formatlar
10:45-11:00 Çay və qəhvə fasiləsi
11:00-11:15 Qrup işinin təqdimatı
11:15-11:45 Sosial şəbəkələrdən məzmunun aqreqatlaşdırılması və tərtibatı, İstifadəçi məzmunu
11:45-12:00 İkinəfərlik qruplarda iş: bizim redaksiyada istifadəçi məzmunu və aqreqatlaşdırma necə faydalı ola bilər?
12:00-12:15 Qrup işinin təqdimatı
12:15-12:45 Yeni formatlar: mikro-siyahılar, uzun oxu materialları, xüsusi layihələr, videokliplər, GIF animasiyalar və koublar.
12:45-13:00 Çay və qəhvə fasiləsi
13:00-13:45 İnteraktiv məzmun: testlər, oyunlar, viktorinalar, xəritələr, xronologiya
13:45-14:15 Qrup işi: yeni formatlar
14:15-14:45 Qrup işlərinin təqdimatı
14:45-15:00 Günün nəticələrinin yekunu
4-cü gün: Çatımlılıq və cəlbetmə
09:00-09:15 Ümumi müzakirə: təlimin üçüncü gün nə öyrəndik?
09:15-09:45 Sizin auditoriyanız harada yaşayır? Çoxplatformalı yanaşma və platformaların seçimi
09:45-10:45 Media gündəmi və məzmunun planlaşdırılması
- İkisürətli jurnalistika
- Formatlar
- Məzmun planı
10:45-11:15 Çay və qəhvə fasiləsi
11:15-11:45 Formatların düzülüşü: qrup işlərinin təqdimatı
11:45-12:20 Statistika sistemləri və onların istifadəsi: əsas anlayışlar və problemli cəhətlər
12:20-12:30 Redaksiya işi üçün ölçü alətləri
12:30-12:45 Praktiki tapşırıq (Google Analytics)
12:45-13:00 Çay və qəhvə fasiləsi
13:00-13:10 Marketinq işi üçün ölçü alətləri
13:10-13:20 Praktiki tapşırıq (Google Analytics)
13:20-13:35 İstifadəçi cəlbinin və loyallığının ölçü meyarları (popsters.ru)
13:40-14:00 Praktiki tapşırıq (popsters.ru)
14:00-14:30 Təlimin nəticələrinin yekunu
Tələblər:
- Hər iştirakçının öz kompyuteri olmalıdır
- Ən azı bir neçə iştirakçının Google Analytics hesabına girişi olmalıdır