Yeni Jurnalist

Karantindən sonra media: USAID-in yeni jurnalistika kursuna müraciət üçün SON GÜN

Jurnalistlər və media işçiləri üçün USAID-in yeni jurnalistika proqramına müraciət 16 sentyabrda başa çatır.

Proqramda iştirak etmək istəyənlər, amma hələ müraciət etməyə imkanı olmayan şəxslər bu gün ərzində müraciət formasını dolduraraq bu unikal fürsətdən yararlana bilərlər.

Oktyabr ayında keçiriləcək dörd günlük təlimin proqramının ilkin variantı ilə tanış ola bilərsiniz:

Evgeni Kulakov uzun illər jurnalist və redaktor işləyib, son 10 ildə media auditoriyasını araşdırır. Media məhsullarının istifadəçilərini təhlil edir, elektron ticarət və onlayn medianın istehlakı haqda konsultasiyalar verir. İnternyusun mentorudur.

Yasia Karalevich-Kartel populyar şəhər nəşri, Minsk haqqında CityDog.by onlayn jurnalının redaktoru və həmtəsisçisidir. Jurnalda sosial və mədəni mövzular haqqında yeni formatda xüsusi layihələr hazırlayır. Media təlimçisi və İnternyusun mentorudur.

Karantindən sonra media: USAID-in yeni jurnalistika kursu

1-ci gün: Rəqəmsal məzmun və onun istehlakçısı

09:00-09:30 Tanışlıq və seminarda davranış qaydaları

09:30-10:10 Redaksiyalar üçün yeni dövrün çağırışları:

  • ənənəvi modelin dağılması, texnologiya partlayışı və monetizasiya paradiqmalarının dəyişməsi
  • məzmunun yayımına vurğu

10:10-10:30 Yeni rəqəmsal mühitin xarakteristikası. Rəqəmsal auditoriyanın xarakteristikası

10:30-10:45 Çay və qəhvə fasiləsi

10:45-11:15 Rəqəmsal auditoriyanın seqmentləri. Seqmentləşdirmə niyə və necə aparılmalıdır. «Personajlar» metodikası.

11:15-11:30 Qruplarda iş: bizim auditoriyamızın ekspert seqmentləri

11:30-12:15 İnformasiya və publisistika janrları

  • «Janr» deyəndə nə başa düşürük?
  • İnformativ janrlar
  • Analitik janrlar

12:15-12:45 Çay və qəhvə fasiləsi

12:45-13:15 Qrup işlərinin təqdimatı

13:15-14:30 Storytelling (insan hekayələri) nədir

14:30-15:00 Günün nəticələrinin yekunu

2-ci gün: İnternet üçün mətn

09:00-09:15 Ümumi müzakirə: təlimin birinci günü nə öyrəndik?

09:15-09:45 Fərdi və qrup işi: çap mətbuatı üçün mətn

09:45-11:00 İnternet üçün mətn

  • Mütaliənin psixofiziologiyası
  • Kağıza qarşı rəqəmsal
  • Düz oxuma və “skan” edərək oxuma

11:00-11:15 Çay və qəhvə fasiləsi

11:15-12:00 İnternet mətninə tələblər

  • Rəqəmsal mətn necə olmalıdır?
  • Mətnin strukturu
  • Başlıqlar və alt-başlıqlar

12:00-12:45 Praktiki tapşırıq

12:45-13:00 Çay və qəhvə fasiləsi

13:00-13:45 Rəqəmsal mətn üçün “bicliklər”

  • Açar sözlər: necə seçmək və harada yerləşdirmək
  • Hiperkeçidlər (linklər): necə və nə qədər olmalı, necə yaratmalı
  • Çağırış (call-to-action)
  • Rəqəmsal mətnin təhvil-təslim siyahısı

13:45-14:00 Fərdi iş

14:00-14:15 Mətnin tonu (tone of voice)

14:15-14:45 Media sosial şəbəkələrlə necə işləməlidir?

14:45-15:00 Günün nəticələrinin yekunu

3-cü gün. Məzmunun yeni və perspektivli formatları

09:00-09:15 Ümumi müzakirə: təlimin ikinci günü nə öyrəndik?

09:15-10:15 İzahedici jurnalistika nədir və nə zaman istifadə olunmalıdır?

  • Kartlar (lövhəciklər) və onlardan nə vaxt istifadə etməli
  • Yığcam formatlar və onlardan harada istifadə etməli
  • İnfoqrafika

10:15-10:45 Qruplarda iş: formatlar

10:45-11:00 Çay və qəhvə fasiləsi

11:00-11:15 Qrup işinin təqdimatı

11:15-11:45 Sosial şəbəkələrdən məzmunun aqreqatlaşdırılması və tərtibatı, İstifadəçi məzmunu

11:45-12:00 İkinəfərlik qruplarda iş: bizim redaksiyada istifadəçi məzmunu və aqreqatlaşdırma necə faydalı ola bilər?

12:00-12:15 Qrup işinin təqdimatı

12:15-12:45 Yeni formatlar: mikro-siyahılar, uzun oxu materialları, xüsusi layihələr, videokliplər, GIF animasiyalar və koublar.

12:45-13:00 Çay və qəhvə fasiləsi

13:00-13:45 İnteraktiv məzmun: testlər, oyunlar, viktorinalar, xəritələr, xronologiya

13:45-14:15 Qrup işi: yeni formatlar

14:15-14:45 Qrup işlərinin təqdimatı

14:45-15:00 Günün nəticələrinin yekunu

4-cü gün: Çatımlılıq və cəlbetmə

09:00-09:15 Ümumi müzakirə: təlimin üçüncü gün nə öyrəndik?

09:15-09:45 Sizin auditoriyanız harada yaşayır? Çoxplatformalı yanaşma və platformaların seçimi

09:45-10:45 Media gündəmi və məzmunun planlaşdırılması

  • İkisürətli jurnalistika
  • Formatlar
  • Məzmun planı

10:45-11:15 Çay və qəhvə fasiləsi

11:15-11:45 Formatların düzülüşü: qrup işlərinin təqdimatı

11:45-12:20 Statistika sistemləri və onların istifadəsi: əsas anlayışlar və problemli cəhətlər

12:20-12:30 Redaksiya işi üçün ölçü alətləri

12:30-12:45 Praktiki tapşırıq (Google Analytics)

12:45-13:00 Çay və qəhvə fasiləsi

13:00-13:10 Marketinq işi üçün ölçü alətləri

13:10-13:20 Praktiki tapşırıq (Google Analytics)

13:20-13:35 İstifadəçi cəlbinin və loyallığının ölçü meyarları (popsters.ru)

13:40-14:00 Praktiki tapşırıq (popsters.ru)

14:00-14:30 Təlimin nəticələrinin yekunu

Tələblər:

  • Hər iştirakçının öz kompyuteri olmalıdır
  • Ən azı bir neçə iştirakçının Google Analytics hesabına girişi olmalıdır
Paylaş